• $
  • £

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya olunub

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya olunub
25.04.2025 19:18

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunub.Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki,«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Nadirov Qoşqar Cabir oğlu, Rüstəmov Rəşad Aslan oğlu və Məmmədov Tural Bəhram oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasi partiyalar maliyyə hesabatlarını təqdim edib
Cəmiyyət 14:42
Siyasi partiyalar maliyyə hesabatlarını təqdim edib

Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub
Cəmiyyət 14:26
Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub
Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb
Cəmiyyət 13:38
Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında nikahların sayı azalıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:45
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda dəm qazındanzəhərlənən uşaqların durumu açıqlanıb
Cəmiyyət 11:33
Sumqayıtda dəm qazındanzəhərlənən uşaqların durumu açıqlanıb
Gəncədə yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb
Cəmiyyət 11:03
Gəncədə yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Cəmiyyət 10:38
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Cinayətdə şübhəli bilinən 61 nəfər tutulub
Cəmiyyət 10:21
Cinayətdə şübhəli bilinən 61 nəfər tutulub
Xəzərdə zəlzələ olub
Cəmiyyət 09:44
Xəzərdə zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol