• $
  • £

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsassız iddialarını rədd edib

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsassız iddialarını rədd edib
26.04.2025 11:17

Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsi aprelin 25-də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməniəsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəmə əlavə məlumat istəməməyə və məhbusların saxlanma şəraiti ilə bağlı müstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərar verib.
 
Məhkəməsi həyata keçirilən erməniəsilli şəxslərlə Azərbaycanın və beynəlxalq hüququn bütün tətbiq olunan standartlarına uyğun rəftar edilir və onlara Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının nümayəndələri dəfələrlə baş çəkiblər.
 
Məhkəmənin qərarı BMT-nin Əsassız Həbslər üzrə işçi qrupunun Ruben Vardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimai təhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlı cinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən son rəyinə də müvafiqdir.

Bu qərar Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir",- məlumatda bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 13:46
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Qəbələdə İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir - Yenilənir
Siyasət 12:45
Qəbələdə İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir - Yenilənir
Azərbaycan və Lüksemburq arasında siyasi məsləhətləşmələr baş tutub
Siyasət 20:30
Azərbaycan və Lüksemburq arasında siyasi məsləhətləşmələr baş tutub
Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək
Siyasət 19:14
Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Siyasət 16:12
Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
Siyasət 15:20
Kamran Əliyev İran səfiri ilə niyə görüşüb?
XİN bəyanat yayıb
Siyasət 14:05
XİN bəyanat yayıb
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Siyasət 13:38
"LUKOIL"-un qurucusu Vahid Ələkbərov Qarabağa gəlib
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Siyasət 12:08
Onlara birdəfəlik maddi yardım veriləcək - sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol