• $
  • £

EBRD “Bank Respublika”ya növbətə dəfə iri həcmdə kredit ayırdı

EBRD “Bank Respublika”ya növbətə dəfə iri həcmdə kredit ayırdı
28.04.2025 12:59

Bank Respublika və EBRD Azərbaycanda real sektorun dəstəklənməsi məqsədilə növbəti irihəcmli saziş imzalayıb

Ölkənin aparıcı banklarından biri olan real sektorun aktiv dəstəkçisi Bank
Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İttifaqının dəstəyi ilə Avropa Davamlı İnkişaf Fondunun Plus (EFSD+) proqramı çərçivəsində mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə kredit sazişi imzalayıblar. Sazişə əsasən, EBRD “Bank Respublika”ya 10 milyon ABŞ dolları məbləğində, 3 il müddətinə, milli valyutada (AZN) sintetik kredit təqdim edəcək.


EFSD+ proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, onların rəqabətqabiliyyətini və inkişaf potensialını artırmaq məqsədi daşıyır. Cəlb olunan vəsait ölkə və Bank üçün prioritet sayılan real sektorun maliyyələşdirilməsinə, xüsusilə, regionlarda fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə yönəldiləcək.


Qeyd edək ki, Bank Respublika uzun illərdir Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına töhfə verir.


Geniş filial şəbəkəsi, innovativ bank məhsulları və KOB sahəsində zəngin təcrübəsi sayəsində bank ölkədə biznes fəallığının artmasına, yeni iş yerlərinin yaradılmasına və daxili istehsalın güclənməsinə effektiv şəkildə dəstək göstərir.


““Avropa Yenidənqurma və İnkişaf Bankı kimi dünyanın aparıcı maliyyə institutlarından birinin növbəti dəfə Bank Respublikaya kreditin ayırması, nəhəng beynəlxalq maliyyə qurumlarının bankımıza göstərilən yüksək etimadın aydın təzahürüdür. Cəlb edilən vəsaitlər ölkə və Bank Respublika üçün prioritet sahə olan real sektorun inkişafına yönəldiləcək. Bu isə öz növbəsində Bank Respublika-nın davamlı iqtisadi inkişafa
verdiyi strateji dəstəyin növbəti təsdiqidir.” – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.


"Bank Respublika ilə olan uğurlu əməkdaşlığımızı regionlarda mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə imkanlarını daha da genişləndirəcək yeni kredit sazişi vasitəsilə davam etdirməkdən olduqca məmnunuq. Aşağı gəlirli regionlarda inklüziv artımın dəstəklənməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi bizim üçün əsas prioritet olaraq qalır." – deyə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nataly Mouravidze bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol