• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Quantanamodan azad olunan azərbaycanlı Slovakiyada

Quantanamodan azad olunan azərbaycanlı Slovakiyada
13.01.2014 12:22
ABŞ-ın Quantanamodakı həbs düşərgəsindən xilas olan azərbaycanlı Polad Siracov Slovakiyada yaşamağa davam edir.APA-nın “The Slovak Spectator” nəşrinə istinadən verdiyi məlumata görə, P. Siracovla birlikdə Slovakiyada yaşamalarına icazə verilən digər Quantanamo məhbusları – misirli Adil-əl-Qazzar və tunisli Rafiq Hami isə 2010-cu ilin iyulunda vətənə dönüblər. Xatırladaq ki, 2009-cu ildə ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının bağlanması haqda sərəncam verib. Bundan sonra əksər məhbuslar azadlığa buraxılıblar. Azərbaycanlı P. Siracov da onların arasında olub. Əfv olunduqdan sonra o, vətənə dönməkdən imtina edib. Beynəlxalq təşkilatların köməyi ilə P. Siracov 2010-cu ilin yanvarında Slovakiyaya göndərilib. Bu ölkədə yaşamaq icazəsi almağın əsas şərti kimi keçmiş məhbuslar Slovakiya dilini öyrənməyə başlayıblar. Hökumət iş axtarmaqda və yaşayış yeri ilə təmin olunmaqda onlara yardımçı olacağını vəd edib. “The Slovak Spectator” yazıb ki, yaxın vaxtlarda ölkə hökuməti daha 3 keçmiş Quantanamo məhbusunu qəbul edəcək. 2013-cü ilin sonlarında Pentaqon Çin vətəndaşı olan 3 uyğurun Slovakiyaya təhvil veriləcəyini açıqlayıb. Slovakiya XİN-in rəsmi nümayəndəsi İvan Netik bildirib ki, daha əvvəl qəbul edilən 3 məhbus kimi, bu məhbuslar da heç vaxt terror törətməkdə şübhəli sayılmayıblar və ya terrorda ittiham olunmayıblar. Qeyd edək ki, P. Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetinin iqtisadiyyat fakültəsini bitirib. O, bir müddət Rusiyada fəaliyyət göstərən Türkiyə şirkətində çalışıb. 2001-ci ilin əvvəlində evdən çıxan P. Siracov bir daha geri qayıtmayıb. 2002-ci ilin yanvarında ailəsi onun taliblərlə birlikdə həbs olunduğunu və Quantanamoya aparıldığını öyrənib.   ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol