• $
  • £

Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib
28.04.2025 19:27

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Bako Sahakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Vilen Mikaeliyanın rəhbərlik etdiyi dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu bildirib və əlavə edib: “Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi”.

Təqsirləndirilən şəxs həmin vaxt sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kəsə atəş açmadığını bildirib.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 1-də davam etdiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Cəmiyyət 23:00
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Cəmiyyət 22:40
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 21:47
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Cəmiyyət 21:03
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Cəmiyyət 20:29
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
Cəmiyyət 20:05
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Cəmiyyət 18:44
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Cəmiyyət 18:30
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol