• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

“Azərişıq” səbəb göstərmədən iri məbləğli borclar yazır – “Azərsun”dan irad

“Azərişıq” səbəb göstərmədən iri məbləğli borclar yazır – “Azərsun”dan irad
29.04.2025 16:45

“Azərişıq” səbəbi bəlli olmayan iri məbləğli borclar yazır – “Azərsun” nümayəndəsindən irad “Azərişıq” ASC mütəmadi olaraq səbəbi izah edilməyən böyük məbləğli borclar hesablayır. Bu barədə “Azərsun Holdinq”in nümayəndəsi Nazim Quliyev Milli Biznesin İnkişafı Forumunda çıxışı zamanı bildirib.

“Binanın 20 il ərzində bütün ödənişlərini etdikdən sonra onu törəmə mərkəzə çevirmək və nizamnamə kapitalını dəyişmək istədiyimiz zaman “Azərişıq”ın sistemindən 30 min, 5 min manatlıq borc olduğu barədə məlumat çıxır. Bu borcun nədən yarandığını heç cür öyrənə bilmirik. Kompüterə isə 'Quran ayəsi' kimi toxunmaq olmaz – heç nə dəyişmək mümkün deyil. Bu problemlə vaxtaşırı üzləşirik. Məhkəməyə müraciət etmək istəmirik, əməkdaşlıq tərəfdarıyıq. Qanunvericiliyə görə 10 ildən sonra bu cür borclar ödənilməyə bilər, lakin biz nə bu hüquqdan istifadə edə bilirik, nə də borcun silinməsinə nail ola bilirik,” – deyə nümayəndə vurğulayıb.

“Azərişıq” ASC sədrinin birinci müavini Ramil Yusifov çıxışa cavab olaraq bildirib ki, borcun yaranmasına müxtəlif səbəblər təsir edə bilər və bu məsələ araşdırılmadan dəqiq fikir söyləmək düzgün olmaz.

“Borcun yaranması fərqli səbəblərlə əlaqəli ola bilər. Vaxtında ödəniş olunmaya bilər, sayğacda nasazlıq yaranmış ola bilər. Bunun həlli yolları mövcuddur,” – deyə sədr müavini qeyd edib.

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin idarə heyətinin sədr müavini Cabbar Cabbarlı əlavə edib ki, bəzi hallarda dövlət qurumları ilə xidmət təşkilatları arasında ödənişlərlə bağlı anlaşılmazlıqlar yaşana bilir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola düşdü
İqtisadiyyat 15:50
Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola düşdü
Azərbaycan–Türkiyə ticarəti 2025-ci ildə 6,7% azalıb
İqtisadiyyat 16:05
Azərbaycan–Türkiyə ticarəti 2025-ci ildə 6,7% azalıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:37
Azərbaycan nefti bahalaşıb
Qızılın qiyməti 4 800 dollardan aşağı düşüb
İqtisadiyyat 23:30
Qızılın qiyməti 4 800 dollardan aşağı düşüb
"Azəralüminium"un ixrac gəlirləri artıb
İqtisadiyyat 15:40
"Azəralüminium"un ixrac gəlirləri artıb
Türkiyə Liviya qazını İtaliyaya yönəltməyi, əvəzində Azərbaycan qazı ilə svop mexanizmi tətbiqini müzakirə edir
İqtisadiyyat 15:23
Türkiyə Liviya qazını İtaliyaya yönəltməyi, əvəzində Azərbaycan qazı ilə svop mexanizmi tətbiqini müzakirə edir
Poti–Bakı ekspres blok-qatarı istifadəyə verilib
İqtisadiyyat 14:53
Poti–Bakı ekspres blok-qatarı istifadəyə verilib
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
İqtisadiyyat 14:11
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
İqtisadiyyat 14:09
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol