Çində restoranda yanğın olub, ölən və yaralananlar var
Çinin şimal-şərqində yerləşən Liaoninq əyalətində restoranda yanğın baş verib, onlarla ölən var.Bu barədə “Reuters” xəbər verir.
Yanğında 22 nəfər ölüb, 3-ü yaralanıb.
Yanğının dəqiq səbəbi müəyyənləşdirilməyib.
Çin sədri Si Cinpin hadisəni “Böyük dərs” adlandırıb.
O, rəsmiləri alovun səbəbini müəyyənləşdirməyə və öhdəlik daşıyanları məsuliyyətə cəlb etməyə çağırıb.
Son xəbərlər
Daha çox