• $
  • £

Yelo Bank pozitiv iş mühiti üçün davamlı tədbirlər həyata keçirir

Yelo Bank pozitiv iş mühiti üçün davamlı tədbirlər həyata keçirir
29.04.2025 12:01

Yelo Bank əməkdaşlarının şəxsi inkişafını və iş mühitində motivasiyasını artırmaq məqsədilə müxtəlif maarifləndirici və əyləncəli layihələr həyata keçirir. Bu təşəbbüslərdən biri olan “YeLogika Pro” - bankdaxili intellektual yarış artıq bir ənənəyə çevrilib. Ötən həftə yarışın yaz mövsümünə yekun vurulub. 120-dən çox əməkdaşın iştirakı ilə keçirilən və 24 komandanın mübarizə apardığı bu oyun kviz formatında təşkil olunub. Gərgin və bilik dolu yarışın sonunda “Xəzinədarlıq” komandası birinci yeri qazanaraq qalib olub. “Nərimanov filialı” komandası ikinci, “Maliyyə” komandası isə üçüncü yeri bölüşür.

Yelo Bank əməkdaşları üçün yalnız intellektual yarışlarla kifayətlənmir. Bank daxilində futbol və boulinq komandaları formalaşdırılıb, həftəlik yoqa dərsləri, peşəkar həkimlərlə tibbi konsultasiyalar, master-klaslar, regional turlar və digər tədbirlər davamlı olaraq təşkil olunur. Bu fəaliyyətlərin məqsədi iş mühitini daha pozitiv və dinamik saxlamaq, əməkdaşların fiziki və zehni rifahını dəstəkləməkdir.

Yelo Bank insan kapitalını öz uğurunun əsas dayağı hesab edir və bu fəlsəfəyə uyğun olaraq, əməkdaşlarının inkişafına daim sərmayə yatırır. Əgər sən də dinamik komandanın bir hissəsi olmaq və bankçılıq sahəsində uğurlu karyera qurmaq istəyirsənsə, Yelo-da aktiv vakansiyalarla tanış ol: //bit.ly/bank-vakansiya.

Yelo Bank vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol