• $
  • £

Azərbaycan və Gürcüstan sərnişin qatarlarının açılması gözlənilirmi?- Açıqlama

Azərbaycan və Gürcüstan sərnişin qatarlarının açılması gözlənilirmi?- Açıqlama
30.04.2025 12:31

Azərbaycan və Gürcüstan arasında qatarların açılması xəbərini Azərbaycan Dəmir Yolları (ADY)  təkzib edib. Bu barədə anews.az-ın sorğusuna qurumdan bildirilib.

"Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə  2020-ci il 12 sentyabrından  Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb",- məlumatda qeyd olunub.

Yerli  mediada Azərbaycan və Gürcüstanın mayın 26-da Gürcüstanın Müstəqillik Günü və 28 May Azərbaycanın Respublika Günündə ilk qatarı yola salmaq barədə razılığa gəldiyi məlumatları yayılıb.

Bildirilib ki, “Gürcüstan Dəmir Yolu” QSC hazırkı mərhələdə kupe üçün biletlərin 50 lari (30,97 manat) və yataq avtomobilinin 70 lari (43,35 manat) qiymətinə satılmasını təklif edəcək. Azərbaycan tərəfinin hansı qiymətləri tətbiq etməyi təklif etdiyi hələlik məlum deyil.

Bundan əvvəl mayın 1-də yerli mediada  Azərbaycan Gürcüstan qatarlarının açılması xəbəri yayılsa da,  öz əksini tapmadı.

Bakı ilə Tbilisi arasında sərnişindaşıma 2020-ci ilin martında COVID-19 pandemiyası ilə əlaqədar dayandırılıb.  

Ölkədə 2025-ci il iyulun 1-nə qədər xüsusi karantin rejimi uzadılıb.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Cəmiyyət 23:00
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Cəmiyyət 22:40
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 21:47
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Cəmiyyət 21:03
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Cəmiyyət 20:29
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
Cəmiyyət 20:05
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Cəmiyyət 18:44
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Cəmiyyət 18:30
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol