• $
  • £

Səngəçal terminalından gündəlik 73 milyon kubmetr qaz ixrac olunub

Səngəçal terminalından gündəlik 73 milyon kubmetr qaz ixrac olunub
01.05.2025 15:09

2025-ci ilin birinci rübündə AÇG və “Şahdəniz” yataqlarından hasil edilən neft və qaz sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına ötürülüb, terminaldan isə ixrac əməliyyatları davam etdirilib. Bu barədə layihələrin operatoru BP məlumat yayıb.

Terminalın emal gücü hazırda gündəlik 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün isə 81 milyon standart kubmetr təşkil edir. Ümumi qaz emal və ixrac gücü (AÇG səmt qazı daxil olmaqla) 100 milyon standart kubmetr/sutka həcmindədir.

Rüb ərzində terminaldan 52,3 milyon barel neft və kondensat ixrac olunub, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilib.

Qazın ixracı əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və CQBK-nin genişləndirilməsi sistemi vasitəsilə həyata keçirilib. Eyni zamanda, terminaldan Azəriqazın daxili paylama sisteminə qaz çatdırmaq üçün ayrıca boru kəməri də istifadə olunub.

“Şahdəniz” yatağından terminal vasitəsilə rüb ərzində gündəlik orta hesabla 73,3 milyon standart kubmetr qaz ixrac edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol