• $
  • £

BTC ilə 2025-ci ilin birinci rübündə 7 milyon ton neft ixrac olunub

BTC ilə 2025-ci ilin birinci rübündə 7 milyon ton neft ixrac olunub
01.05.2025 15:17

2025-ci ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə təxminən 7 milyon ton (54 milyon barel) xam neft və kondensat ixrac olunub. Bu həcmlər Ceyhan terminalında 70 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Bu barədə layihənin operatoru bp məlumat yayıb.

1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. İndiyədək bu xətt vasitəsilə 598 milyon ton (4,5 milyard bareldən çox) xam neft nəql olunub və 5932 tankerə yüklənərək ixrac edilib.

Birinci rübdə əməliyyat xərcləri təqribən 32 milyon ABŞ dolları, əsaslı xərclər isə 13 milyon dollar təşkil edib.

BTC hazırda əsasən AÇG yatağından hasil olunan nefti və Şahdəniz kondensatını daşıyır. Bundan başqa, boru kəməri ilə Qazaxıstan və Türkmənistandan, eləcə də SOCAR-ın Azərbaycanda hasil etdiyi digər neft həcmləri də nəql olunur.

BTC Ko. şirkətində iştirak payları belə bölünür:

SOCAR – 32,97%

bp – 30,10%

MOL – 8,90%

TPAO – 6,53%

Eni – 5,00%

TotalEnergies – 5,00%

ITOCHU – 3,40%

ONGC Videsh – 3,10%

ExxonMobil – 2,50%

INPEX – 2,50%

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb


Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
İqtisadiyyat 10:05
Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:40
Qızıl və gümüş ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:28
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neftin qiyməti artır
İqtisadiyyat 09:14
Dünya bazarlarında neftin qiyməti artır
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol