• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə davamlı iş aparılır - Rövşən Tağıyev

Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə davamlı iş aparılır - Rövşən Tağıyev
02.05.2025 14:31

Qanunsuz fəaliyyət göstərən "manatlıq taksi" xidməti ilə məşğul olan sürücülərlə yol polisi davamlı iş aparır.  Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirib. 

“Bu sürücülər əksər hallarda lisenziyasız fəaliyyət göstərir, vergi öhdəliklərini yerinə yetirmir və yol hərəkəti qaydalarını pozmaqla ictimai nəqliyyat sisteminə mənfi təsir göstərirlər”, - Rövşən Tağıyev mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı paneldə deyib.

O əlavə edib ki, dövlət nəzarətindən kənarda fəaliyyət göstərdikləri üçün onların hüquqi məsuliyyətə cəlb olunmaları çətinləşir. 

“Məsələ ondadır ki, yol polisi fiziki olaraq şəhərin hər bir nöqtəsində 24 saat nəzarət edə bilməz. Sürücülər vəziyyətdən sui-istifadə edərək, yoxlamalar olmayan zamanlarda qanunsuz fəaliyyətlərini davam etdirirlər. Yol polisi əraziyə gəldikdə isə həmin sürücülər dərhal uzaqlaşır və müəyyən müddət sonra geri qayıdırlar” - o əlavə edib.

Ölkədə taksi fəaliyyətinə nəzarət edən qurum Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir. 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Aeroport yolunda maşın yanıb
Cəmiyyət 20:54
Aeroport yolunda maşın yanıb
Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət 19:53
Bakının bu ərazisində qaz kəsiləcək
Bərdə sakini çayda boğulub
Cəmiyyət 19:10
Bərdə sakini çayda boğulub
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Cəmiyyət 17:40
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Cəmiyyət 17:36
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Cəmiyyət 17:29
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol