• $ 1.7
  • € 1.9819
  • ₽ 0.021453
  • ₺ 0.0418
  • £ 2.284

Bu gün DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Bu gün DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək
03.05.2025 08:50

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçiriləcək.Bu barədə Mərkəzdən bildirilib.

İmtahan mərkəzin Bakıda yerləşən hər iki inzibati binasında təşkil olunacaq.

İmtahanda iştirak edəcək namizədlərdən qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusilə diqqət yetirmələri və imtahan üçün buraxılış vərəqələrində göstərilən müvafiq ünvana yaxınlaşmaları xahiş olunur.

İmtahanın keçirildiyi ünvanlar:

Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)

Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)

İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.

İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.

Rəqəmsal SAT (Scholastic Assessment Test) ABŞ və digər ölkələrin ali təhsil müəssisələrinə qəbul üçün standartlaşdırılmış imtahandır, 2024-cü ildən onlayn formatda keçirilir. Test iki bölmədən ibarətdir: “Oxuma və yazı” və “Riyaziyyat”, bunlar mətn təhlili, qrammatika, cəbr və verilənlərlə işləmək bacarıqlarını yoxlayır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
Cəmiyyət 19:00
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
Abşeron rayonunda evlərdən oğurluqlar edən 3 şəxs saxlanılıb
Cəmiyyət 18:34
Abşeron rayonunda evlərdən oğurluqlar edən 3 şəxs saxlanılıb
Binəqədidə evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 15:47
Binəqədidə evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ələt-Astara yolunda maşın yanıb
Cəmiyyət 14:00
Ələt-Astara yolunda maşın yanıb
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var
Cəmiyyət 13:16
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Sabahın hava proqnozu
Meşədə itkin düşən şəxs tapılıb - Video
Cəmiyyət 12:10
Meşədə itkin düşən şəxs tapılıb - Video
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:40
Faktiki hava açıqlanıb
Göyçayda zəlzələ olub
Cəmiyyət 11:24
Göyçayda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol