• $
  • £

"Bakı Marafonu 2025”-ə start verilib

"Bakı Marafonu 2025”-ə start verilib
04.05.2025 10:37

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” start götürüb.

İştirakçılar Bayraq meydanından yarışa başlayıblar.

“Küləyə qalib gəl” şüarı altında keçirilən marafona 28 minədək iştirakçı qeydiyyatdan keçib.

“Küləyə qalib gəl”ənlər arasında Azərbaycan vətəndaşları ilə yanaşı, digər ölkələrdən qoşulanlar da var. Yürüşdə fiziki imkanları məhdud şəxslər, Daun sindromlu uşaqlar da iştirak edirlər.

Marafon iştirakçıları qaçış zolağında kişi və qadın kateqoriyalarında ilk 3 yer uğrunda mübarizə aparırlar. Bununla yanaşı, finişə çatan ilk 2 min iştirakçıya medallar, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə isə sertifikatlar təqdim olunacaq.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında yerləşir. Marşrut Dənizkənarı Bulvar, Neftçilər prospekti, Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Üzeyir Hacıbəyli küçəsi, Bayıl dairəsi və Bibiheybət yolu kimi paytaxtın əsas küçə və prospektlərini əhatə edəcək.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında və marşrut üzrə müxtəlif ünvanlarda əyləncə zonası da yaradılıb. Burada əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Cəmiyyət 23:56
Rusiya FHN təyyarəsi Lənkərana endi - Video
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol