• $
  • £

Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib

Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib
02.05.2025 09:55

 

Unibank tərəfindən universitet tələbələri üçün “Bankçılıqda Dayanıqlılıq: Risklər, Gəlirlilik və Sosial məsuliyyət” mövzusunda maarifləndirici seminarlar təşkil edilib.  “Unibank”ın Dayanıqlılıq üzrə meneceri Səmra Talışinskaya-Abbasova tərəfindən ADA və UNEC tələbələri üçün keçirilən tədbirlərdə ümumilikdə 50-dən çox tələbə iştirak edib.

Seminarlarda dayanıqlı maliyyə ilə bağlı əsas anlayışlar, iqlim dəyişikliyi və ölkəmizin iqlim gündəliyi, qlobal və lokal kontekstdə dayanıqlı maliyyənin inkişaf perspektivləri, bank sektorunun bu sahədə rolu haqqında geniş məlumat verilib. Eyni zamanda dayanıqlı iqtisadi inkişaf və iqlim dəyişmələri ilə mübarizədə bankların müstəsna rolu, dayanıqlı maliyyənin banklar üçün gətirdiyi yeni reallıq və gələcək trendlər, ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) prinsiplərinin bankçılıq fəaliyyətinə inteqrasiyası və bu istiqamətdə beynəlxalq trendlər müzakirə olunub. 

Seminarların sonunda tələbələrin sualları cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim edilib.

Unibank üçün dayanıqlı maliyyə üzrə məlumatlılığın artırılması uzunmüddətli dövrdə bankın strateji dayanıqlılıq vizyonunun əsas istiqamətlərindən birini təşkil edir. Bu cür maarifləndirici təşəbbüslər, eyni zamanda, “Unibank”ın məsuliyyətli korporativ təşkilat olaraq ölkənin davamlı inkişaf hədəflərinə töhfəsidir.

Unibank-Sənin Bankın!

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol