• $ 1.7
  • € 1.9648
  • ₽ 0.021314
  • ₺ 0.0418
  • £ 2.2585

Şəhid anası: Oğlum sağ olanda daha yaxşı dolanırdım/Şikayət/Yenilənib

Şəhid anası: Oğlum sağ olanda daha yaxşı dolanırdım/Şikayət/Yenilənib
05.05.2025 19:06

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi şəhid Rəşid Həmidovun ailısinə  aylıq 1400 manat sosiaı ödəniş edildiyini açıqlayıb.

 

"Şəhid ailəsinə nazirlik tərəfindən birdəfəlik sığorta ödənişi (11 min manat) edilib və  “YAŞAT” Fondu tərəfindən 7718 manat birdəfəlik maddi yardım verilib.Nazirlik şəhidin anasını 2021-ci ildə Bakı şəhərində birotaqlı mənzillə də təmin edib. Həmçinin Nazirlik təəfindən ailəyə aylıq 1400 manat sosial ödəniş, o cümlədən Prezidentin aylıq təqaüdü olaraq 600 manat və (DOST İş Mərkəzi tərəfindən şəhidin hər iki valideyni işlə təmin edilərək, hər birinə 400 manat olmaqla) 800 manat əməkhaqqı ödənilir",- məlumatda deyilir.

 

 

 

 

14:53

Şəhid Rəşid Həmidovun anası Tənzilə Həmidova adiyyatı qurumların onunla maraqlanmamağından şikayətçidir. Bu barədə o anews.az-a  müraciətində bildirib.

"Hazırda mənə dövlət tərəfindən verilən bir otaqlı evdə yaşayıram. Mənimlə maraqlanan yoxdur. Borcum xərcim başımdan aşır. Tək anayam. Gözüm zəif görür. Oğlumdan sonra belə olmuşam. 11  min kreditimin 8 mini borc kimi qalıb. Xəbərim olmadan yüksək faizlə kreditə imza atmışam. Ayda  344 manat kredit ödəyirəm. Yoldaşımdan ayrıldığım üçün dövlət tərəfindən verilən ödəniş yarıya bölünüb. Bir aydan o biri aya keçə bilmirəm. Soyducumda heç nə yoxdur.  Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? Əvvəlcə gələn insanlar köməklik göstərirdilər. Özlərini reklam məqsədilə guya kömək edirlər, gəlib şəkil çəkdirirb, sonra gediblər. Sonra gələn olmadı. Mənim oğlum tək mənə görə şəhid olmayıb. Oğlum sağ olanda ən azından qazanırdı. O vaxt çox yaxşı dolanırdıq. Ölkədə dörd beş şəhid anasını çıxarırlar ortaya, guya hamısına qayğı göstərilir. Ancaq elə deyil",- şəhid anası vurğulayıb.

Şəhid anası bildirir ki, iki deputat Müşfiq Məmmədli və Göydəniz Qəhrəmanova,eləcə də Siyəzən və Yasamal İcra Hakimiyyətlərinə müraciət etməsinə baxmayaraq onunla maraqlanan olmayıb. 

"Oğlum Siyəzəndə qeydiyyatda olub. Bu günə qədər Siyəzənin deputatı gəlib mənimlə maraqlanmayıb. Bir dəfə Novruz bayramında köməkçisi ilə dörd-beş  toyuq göndərib. Bir dəfə də Siyəzən İcra Hakimiyyətindən kartıma 200 manat göndərilib ki, oğlumun ilini keçirim. Yasamal İcra Hakimiyyətinə müraciət etsəm də mənə geri dönüş edilməyib", - Həmidova qeyd edib. 

Tənizlə Həmidova Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən də narazıdır. O vurğulayır ki, bu nazirlikdən 2-3 il öncə evinə baxış keçirilib ona kondisioner alınması ilə bağlı söz verilsə də bu söz olaraq qalıb. 

Şəhid anası müraciət edərək kredtinin silinməsini və ona dəstək olunmasını istəyir. 

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırmanın nəticəsi barəsində məlumat veriləcək. 

 Rəşid Həmidov oktyabrın 7-də Suqovuşan (Tərtər) rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olub. Həmidov Siyəzəndə dəfn olunub. 

Ona ölümündən sonra "İgidliyə" görə, "Laçının" azad olunması medalı, "Suqovuşanın" azad olunması medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Yazıda adı çəkilən qurumların və şəxslərin mövqeyini işıqlandırmağa hazırıq. 


Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda ikimərtəbəli ev yanıb
Cəmiyyət 00:13
Lənkəranda ikimərtəbəli ev yanıb
Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
Cəmiyyət 22:30
Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
Bərdədə yas mərasimlərində ehsan verilməsi dayandırılıb
Cəmiyyət 17:41
Bərdədə yas mərasimlərində ehsan verilməsi dayandırılıb
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 16:17
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Xaçmazda şaftalı festivalı keçiriləcək
Cəmiyyət 15:56
Xaçmazda şaftalı festivalı keçiriləcək
Gömrük gəlirləri 7 ayda 3,59 milyard manat təşkil edib
Cəmiyyət 15:31
Gömrük gəlirləri 7 ayda 3,59 milyard manat təşkil edib
Lisey və gimnaziyalara seçim prosesi başlayıb
Cəmiyyət 15:10
Lisey və gimnaziyalara seçim prosesi başlayıb
Onlayn avtobus bileti alanlara Qarabağa səfər üçün avtomatik icazə verilir
Cəmiyyət 14:43
Onlayn avtobus bileti alanlara Qarabağa səfər üçün avtomatik icazə verilir
Ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 13:40
Ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol