• $
  • £

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu
05.05.2025 14:37

İnnovasiya və sürət lideri “Bakcell” “Baku Flames – Beynəlxalq Yaradıcılıq və Effektivlik
Festivalı” çərçivəsində “Ən uğurlu rebrendinq layihəsi” üzrə mükafata layiq görülüb. Bu
nominasiyada brendin strateji mövqeyi ilə vizual təqdimatı arasında ardıcıl və güclü
əlaqə qurmaq bacarığı qiymətləndirilir. “Bakcell” yeni brend kimliyi vasitəsilə innovativ
yanaşmasını və inkişaf strategiyasını uğurla nümayiş etdirib.


“Bakcell”in 2024-cü ildə həyata keçirdiyi rebrendinq zamanı aparılan strateji və vizual
yeniliklər bu mükafata layiq görülməsində mühüm rol oynayıb. Xatırladaq ki, şirkətin
yeni loqosu 5 dinamik fiqurun ulduz formasında birləşməsi ilə “Bakcell”in insanları,
məkanları və dəyərləri birləşdirən fəlsəfəsini, həmçinin rəqəmsal gələcəyə doğru sürətlə
irəliləyişini simvolizə edir.


 2–3 may tarixlərində Azərbaycanda keçirilən “Baku Flames – Beynəlxalq
Yaradıcılıq və Effektivlik Festivalı” yaradıcı sənayenin inkişafına dəstək məqsədi
daşıyaraq, yerli və xarici mütəxəssisləri, marketinq rəhbərlərini bir araya gətirib.


"Bakcell" haqqında


"Bakcell"Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda
"Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya
xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər
vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biridir.


"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol