• $ 1.7
  • € 1.9648
  • ₽ 0.021314
  • ₺ 0.0418
  • £ 2.2585

Türkmənistandan idxal edilən pomidora qadağa qoyulub

Türkmənistandan idxal edilən pomidora qadağa qoyulub
06.05.2025 15:25

Türkmənistandan idxal edilən 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.

Pomidor meyvələrinin qonur qırışıqlıq virusuna əsasən pomidor, badımcan, bibər, tütün kimi bitkilərdə rast gəlinir. Sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70% məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Bu bitki virusu beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda ikimərtəbəli ev yanıb
Cəmiyyət 00:13
Lənkəranda ikimərtəbəli ev yanıb
Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
Cəmiyyət 22:30
Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
Bərdədə yas mərasimlərində ehsan verilməsi dayandırılıb
Cəmiyyət 17:41
Bərdədə yas mərasimlərində ehsan verilməsi dayandırılıb
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 16:17
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Xaçmazda şaftalı festivalı keçiriləcək
Cəmiyyət 15:56
Xaçmazda şaftalı festivalı keçiriləcək
Gömrük gəlirləri 7 ayda 3,59 milyard manat təşkil edib
Cəmiyyət 15:31
Gömrük gəlirləri 7 ayda 3,59 milyard manat təşkil edib
Lisey və gimnaziyalara seçim prosesi başlayıb
Cəmiyyət 15:10
Lisey və gimnaziyalara seçim prosesi başlayıb
Onlayn avtobus bileti alanlara Qarabağa səfər üçün avtomatik icazə verilir
Cəmiyyət 14:43
Onlayn avtobus bileti alanlara Qarabağa səfər üçün avtomatik icazə verilir
Ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 13:40
Ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol