• $ 1.7
  • € 1.9675
  • ₽ 0.021326
  • ₺ 0.0418
  • £ 2.257

Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olunub

Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olunub
08.05.2025 13:50

Azərbaycanın tanınmış ziyalıları, alimləri, sənət adamları və ictimai xadimləri Prezident İlham Əliyevə həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublunun həyatının xilas edilməsi ilə bağlı müraciət ünvanlayıblar.

Müraciətdə bildirilir ki, Tofiq Yaqublunun keçirdiyi aclıq artıq 6-cı həftəsini geridə qoyur və aclığın yaratdığı fiziki-psixoloji fəsadlar onun həyatını real təhlükə altına alır.

“Bu gün Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatının fəal iştirakçılarından biri, Qarabağ qazisi Tofiq Yaqublunun həyatı real təhlükə qarşısındadır. Onun həbsxanada başladığı ölüm aclığı terminal mərhələyə qədəm qoyub. Tam qida aclığının artıq 6-cı həftədə yaratdığı fəsadlar ciddi təşviş doğurur. Aclıqdan qaynaqlanan kəskin halsızlıq və zəiflik, yaddaşın zəifləməsi və hərdən itməsi, fikirləri qarışdırması, tutmaşəkilli dözülməz mədə ağrıları, ürəkbulanma, qusma, yetərincə çəki itkisi 65 yaşlı bir insan üçün birbaşa ölümə doğru gedən yoldur”,- yazıda bildirilib.

Məktubda həmçinin Tofiq Yaqublunun ailəsinin ağır psixoloji vəziyyətdə olduğu qeyd olunur.

“Tofiq Yaqublu və onun ailəsi bir neçə il öncə gənc qızı Nərgizin itkisinin acısını hələ də sarsıntı ilə yaşamaqdadır. Digər qızı Nigar hazırda hamiləliyin son günlərini yaşayır. Ailə son dərəcə həyəcan və təlaş içərisindədir. Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər”.

Ziyalılar Prezidentə müraciətlərini belə tamamlayıblar.

“Cənab Prezident! Dövlətin öz vətəndaşına mərhəmət və humanizm göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir. Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik”.

Müraciəti imzalayanlar:

1. Adil Qeybulla, professor
2. Sabir Rüstəmxanlı, xalq şairi, VHP sədri
3. Məmməd İsmayıl, şair
4. Rüstəm Behrudi, şair
5. Cavanşir Quliyev, Əməkdar İncəsənət Xadimi
6. Qulu Məhərrəmli, professor
7. Erkin Qədirli, millət vəkili
8. Eldəniz Quliyev, ssenarist, kinodramaturq
9. Hilal Məmmədov, hüquq müdafiəçisi
10. Qorxmaz İbrahimli, ictimai xadim
11. Sərdar Cəlaloğlu, ADP sədri
12. MirMahmud Mirəlioğlu, KXCP sədri
13. Bahəddin Həzi, yazıçı-publisist

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kəlbəcərdə 39 yaşlı şəxs minaya düşüb
Cəmiyyət 22:16
Kəlbəcərdə 39 yaşlı şəxs minaya düşüb
DİN və FHN əhaliyə çağırış edin - Video
Cəmiyyət 19:00
DİN və FHN əhaliyə çağırış edin - Video
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 18:30
Bu ərazidə qaz olmayacaq
Ərdoğan Bəxtiyar Ersaya ordu generalı rütbəsi verib
Cəmiyyət 18:10
Ərdoğan Bəxtiyar Ersaya ordu generalı rütbəsi verib
İyulda 26 gün yağıntılı hava qeydə alınıb
Cəmiyyət 17:48
İyulda 26 gün yağıntılı hava qeydə alınıb
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təqaüdə göndərilib
Cəmiyyət 17:20
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təqaüdə göndərilib
Tələbələrin köçürülməsi üzrə nəticələr şəxsi kabinetlərə göndərilib
Cəmiyyət 17:09
Tələbələrin köçürülməsi üzrə nəticələr şəxsi kabinetlərə göndərilib
Naxçıvanın paylayıcı elektrik şəbəkəsinə dair Tədbirlər Planı təsdiqlənib
Cəmiyyət 16:29
Naxçıvanın paylayıcı elektrik şəbəkəsinə dair Tədbirlər Planı təsdiqlənib
Qarabağ Universitetinin mətbuat katibi vəzifəsindən ayrılıb
Cəmiyyət 16:02
Qarabağ Universitetinin mətbuat katibi vəzifəsindən ayrılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol