• $
  • £

Vəsaitləri oğurlanan şəxslər arasında ABB müştərilərin sayı çox azdır - İdarə Heyətinin sədri

Vəsaitləri oğurlanan şəxslər arasında ABB müştərilərin sayı çox azdır - İdarə Heyətinin sədri
08.05.2025 14:03

Bank kartlarından vəsaitləri oğurlanan şəxslərin arasında ABB müştərilərinin sayı çox azdır. Bunu bankın İdarə Heyıtinin sədri Abbas İbrahimov deyib. 

"Bank olaraq müasir xarici bankların istifadə etdiyi xüsusi texnoloji həlləri gətirmişik. Texnoloji həllərimiz zərərli prosedurların icrasına icazə vermir. İkili faktorlu qorumanı tətbiq etmişik. Heçkim vətəndaşı icazəsi olmadan ikinci hesabla giriş edə bilməz. Hesabların ələ keçirilməsi ilə bağlı müştərilərdən heç bir müraciət almırıq. Daxili İşlər Nazirliyinin açıqladığı məlumatları izləyirik. Orada kiçik miqyasda da olsa ABB-nin müştəriləri qalıb. Bu da onunla bağlıdır ki, bəzi müştərilər sosial şəbəkələrdə cəlbedici və endirim təkliflərinə aldanaraq həmin web linkə girərək,  kart məlumatlarını daxil edirlər. Bu zaman müştəriyə gələn OTP kodu da ora daxil edir. Artıq həmin dələduzda müştərinin bütün məlumatları olur. Biz bunun qarşısını almaq üçün bir neçə addımlar atırıq. Həm Mərkəzi Bank, həm Banklar Asosiyası, həm kollegiyalarımız davamlı olaraq maarifləndirmə tədbirləri həyata keçirir", - sədr bildirib. 

Abbas İbrahimov deyir ki, ABB bank son günlər müştərilərinin təhlükəsizliyi üçün yeni bir müasir təcrübə gətirəcək. 

" Yeni təcrübədə OTP kommersiya həllərində ləğv etmə imkanı verilir müştəriyə. Müştərilər mobil aplekasiyada OTP kodu yerinə mobil aplekasiya şəbəkəsini verəcəklər. Bu da ona böyük güvən verəcək", - o vurğulayıb. 

İdarə Heyətinin sədri əlavə edib ki, təhlükəsizlik üçün bank həm də bank İSO sertfikatını alıb.

Son həftələrdə Daxili İşlər Nazirliyi gündəlik vətəndaşların kart hesabından oğurlanan vəsaitlərin həcmini açıqlayır. 


DİN bir daha vətəndaşları şübhəli zənglərə cavab verməməyi və kart hesablarındakı məxfiliyi bölüşməməyi tövsüyə edir. 

Son bir neçə həftə ərzində vətəndaşların kartlarından təxminən 400 min manatdan çox vəsait oğurlanıb. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
ANAMA-nın əməkdaşı Xocalıda qəzaya düşərək ölüb
Cəmiyyət 19:00
ANAMA-nın əməkdaşı Xocalıda qəzaya düşərək ölüb
Şəmkirdə 33 yaşlı kişi anasını qətlə yetirib, daha sonra özünü yandırıb
Cəmiyyət 15:48
Şəmkirdə 33 yaşlı kişi anasını qətlə yetirib, daha sonra özünü yandırıb
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Cəmiyyət 12:53
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:29
Sabahın hava proqnozu
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Cəmiyyət 11:30
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:27
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Sumqayıtda mebel sexi yanıb - Video
Cəmiyyət 10:52
Sumqayıtda mebel sexi yanıb - Video
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Cəmiyyət 10:29
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Cəmiyyət 10:03
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol