• $
  • £

“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi

“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
08.05.2025 14:33

 

“Nar”ın baş icraçı direktoru Qunnar Panke Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkil etdiyi beynəlxalq elmi-praktiki konfransda çıxış edərək mobil operatorun universitetlərlə yaratdığı faydalı əməkdaşlıqdan bəhs edib.

Q.Pankenin sözlərinə görə, texnoloji yeniliklərin istehsalatda geniş tətbiqi və digər sahələrə nüfuz etməsi üçün uzun müddət və böyük investisiya tələb olunur. Bu baxımdan, biznesin  təhsil ocaqları ilə əməkdaşlığı çox vacibdir.  

“Şirkətimizin ATU ilə əməkdaşlığı çərçivəsində təhsilə ayırdığı sərmayə ümumilikdə Azərbaycanın telekommunikasiya sahəsinin gələcəyinə yatırım kimi qiymətləndiririk. “Nar” olaraq,  əsas məqsədimiz bugünkü tələbələri sabahın aparıcı mütəxəssisləri kimi yetişdirməkdir”, – deyə Q.Panke bildirib.

Qeyd edək ki, “Nar”ın təhsilə yönəlik korporativ sosial məsuliyyət strategiyası çərçivəsində şirkətin əməkdaşları yerli universitetlərin tələbələri üçün davamlı olaraq nəzəri və praktiki təlimlər keçir. Mobil operatorun ali təhsil ocaqları ilə geniş əhatəli əməkdaşlığı şirkətin akademik biliklə sənaye ehtiyacları arasında körpü yaratmaq məqsədini əks etdirir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol