• $
  • £

DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var

DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
08.05.2025 17:44

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməliyyat keçirib.

Azərbaycan Respublikasının vətəndaşı, 1991-ci il təvəllüdlü Əliyev Şəhriyar Vaqif oğlu müvafiq xarici ölkədə yaşayan şəxslə cinayət əlaqəsinə girərək, qaçaqmalçılıq yolu ilə Azərbaycana satış məqsədilə gətiriləcək külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuananı Beyləqan rayonu ərazisində əldə etdikdən sonra Bakı şəhərinə apararaq gizlədəcəyi barədə əvvəlcədən razılığa gəlib. 

Bundan sonra Şəhriyar Əliyev qarşılıqlı razılığa uyğun olaraq, həmin narkotik vasitəni Beyləqan rayonunun Əhmədli kəndi ərazisində gizlədilmiş yerdən götürərək Bakı şəhərinə aparmaq məqsədilə avtomobilinə daşıyarkən Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Keçirilmiş baxış zamanı onun üzərindən ümumilikdə çəkisi 30 kiloqramdan artıq olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla əlaqədar Əliyev Şəhriyar Vaqif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Cəmiyyət 23:00
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Cəmiyyət 22:40
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 21:47
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Cəmiyyət 21:03
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Cəmiyyət 20:29
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
Cəmiyyət 20:05
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Cəmiyyət 18:44
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Cəmiyyət 18:30
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol