• $
  • £

Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG

Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
09.05.2025 08:43

ING Group-un son iqtisadi icmalına görə, neftin ucuzlaşması Azərbaycanın 2020-ci ildən bəri ilk dəfə cari hesab balansında kəsirə səbəb ola bilər. Bu, ölkənin ixrac gəlirlərinin təxminən 88%-ni və büdcə gəlirlərinin 52%-ni neft ixracından əldə etməsi ilə bağlıdır.

Neftin orta illik qiymətində hər 1 dollarlıq azalma, Azərbaycanın ixrac gəlirlərində təxminən 300 milyon dollar və büdcə gəlirlərində 150 milyon dollar itkiyə səbəb olur.

2025-ci il üçün neft qiymətinin 5 dollar, 2026-cı il üçün isə 11 dollar azaldılması proqnozu, iki il ərzində ÜDM-in 2% azalmasına gətirib çıxara bilər.

Azərbaycanın əhəmiyyətli fiskal ehtiyatları olsa da, manatın ABŞ dollarına sabit məzənnəsi bu dəyişikliklərə uyğunlaşma imkanlarını məhdudlaşdırır.

Beynəlxalq ekspertlərin fikrincə, eyni zamanda, Özbəkistan qızılın qiymətinin artmasından faydalanır və 2025-ci ilin fevral-martında aylıq satışları 17 tona çatdırıb. Bu, qızıl ixracından illik gəlirin 7,5 milyard dollardan 10 milyard dollara qədər artmasına səbəb ola bilər.

ING həmçinin qeyd edir ki, MDB-nin 4 ölkəsinin (Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan) mərkəzi bankları artan inflyasiya riskləri səbəbindən faiz dərəcələrini dəyişməz saxlayır.

Azərbaycan üçün 2025-ci il üzrə ÜDM artım proqnozu birinci rübdəki zəif göstəricilər səbəbindən 0,5 faiz bəndi azaldılıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol