• $
  • £

Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yayıb - Yenilənib

Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yayıb - Yenilənib
12.05.2025 18:13

Baş Prokurorluq Gəncədə yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsi 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. 

Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaq.

Gülnaz Şahməmmədova mətbuata açıqlamasında daha öncə də Adil Alıyev tərəfindən bıçaqlandığını, evin qəsdən yandırıldığını iddia edib.

 

13:13

Gəncədə yaşayış binasında baş verən partlayışda bir nəfər ölüb bir nəfər xəarət alıb. Bu barədə Qafqazinfo məlumat yayıb. 

Hadisə şəhər ərazisində qeydə alınıb.

 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində anidən partlayış olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Cəmiyyət 23:00
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Cəmiyyət 22:40
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 21:47
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Cəmiyyət 21:03
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Cəmiyyət 20:29
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
Cəmiyyət 20:05
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Cəmiyyət 18:44
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Cəmiyyət 18:30
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol