• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
12.05.2025 16:00

Unibank beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə
institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşlığa başlayıb. Bu tərəfdaşlıq
çərçivəsində AKA Bank “Unibank”a 1 illik müddətə 5 milyon avro məbləğində kredit xətti
ayırıb. Bu əməliyyatda “Unibank”ın məsləhətçisi kimi Quantum International çıxış edib.
Kredit vəsaitləri yerli şirkətlərin beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsi,
ixracyönlü fəaliyyətin dəstəklənməsi, yerli sahibkarlığın inkişafı və bankın ümumi ticarət
əməliyyatlarının gücləndirilməsi məqsədilə istifadə olunacaq. AKA Bank ilə bu tərəfdaşlıq
çərçivəsində Unibank öz müştərilərinə daha rəqabətli və əlçatan maliyyələşmə imkanları
təqdim edəcək.
Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov bildirib: “AKA Bank ilə əməkdaşlığımız
“Unibank”ın beynəlxalq maliyyə institutları ilə strateji tərəfdaşlıqlarının uğurlu nümunəsidir
və bankımız üçün əhəmiyyətli strateji önəm daşıyır. Bu razılaşma bankımızın beynəlxalq
səviyyədə etibarlılığını göstərməklə yanaşı, yerli sahibkarların ixrac potensialına dəstəyimizi
də ifadə edir. Məqsədimiz Azərbaycan şirkətlərinin yeni bazarlara çıxışını asanlaşdırmaq və
sahibkarlığın inkişafına töhfə verməkdir. AKA Bank ilə bu ilk addımın uzunmüddətli
əməkdaşlığa çevriləcəyinə inanırıq. Bu əməliyyatın reallaşmasında bizə dəstək göstərən
Quantum International-a təşəkkür edirik.”
AKA Bank-ın CEO-su Mark Vengrzik əlavə edib: “Unibank ilə əməkdaşlığımız bizim
üçün strateji addımdır. Azərbaycan kimi inkişaf edən və perspektivli bir bazara daxil
olmaqdan və bu prosesi Unibank kimi çevik və yerli bazara bağlı bir tərəfdaşla həyata
keçirməkdən məmnunuq.”
Unibank KB haqqında:
“Unibank” KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. 33 ilə yaxın
fəaliyyət dövründə Bank həm fiziki şəxslərə, həm də korporativ müştərilərə geniş çeşiddə
bank xidmətləri göstərir. Unibank rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi
sahəsində həyata keçirdiyi layihələrlə tanınır. Bank beynəlxalq tərəfdaşlıqlara açıqdır və
xarici maliyyə institutları ilə əməkdaşlıq edərək yerli biznes üçün yeni maliyyə imkanları
yaradır.
Quantum International haqqında:
Quantum International investisiya idarəçiliyi və maliyyə məsləhətçiliyi üzrə fəaliyyət
göstərən şirkətdir. Şirkət həm fərdi sərmayəçilərlə, həm də beynəlxalq şirkətlər, dövlət
investisiya fondları, birbaşa sərmayə fondları və yüksək riskli investisiya fondları ilə
əməkdaşlıq edir və müxtəlif sahələr üzrə beynəlxalq səviyyədə fəaliyyət göstərir. Quantum
International bu razılaşmada maliyyə mexanizminin hazırlanması, danışıqlar prosesinə dəstək
və beynəlxalq normalara uyğun icra mərhələsinin əlaqələndirilməsi funksiyalarını yerinə
yetirib.
AKA Bank haqqında:

Frankfurtda (Almaniya) yerləşən AKA Ausfuhrkredit-Gesellschaft mbH 1952-ci ildən
fəaliyyət göstərir, ixrac maliyyələşdirilməsi və risklərin idarə olunması üzrə ixtisaslaşıb.
AKA Bank bankların və şirkətlərin xarici bazarlara maliyyə çıxışını dəstəkləyir və 70-dən
çox ölkədə fəaliyyət göstərir. Son illərdə AKA Almaniyadan kənarda fəaliyyət sahəsini
genişləndirərək, Avropa İxrac Kredit Agentlikləri ilə əməkdaşlığını gücləndirib və beynəlxalq
bazarlarda iştirakını artırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR və “Itochu” enerji və texnologiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib
İqtisadiyyat 18:32
SOCAR və “Itochu” enerji və texnologiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib
2025-ci ilin ilk yarısında 162 milyon manat artıq və əsassız ödəniş aşkar edilib
İqtisadiyyat 16:53
2025-ci ilin ilk yarısında 162 milyon manat artıq və əsassız ödəniş aşkar edilib
Azərbaycan qazının Suriyaya ixracı avqustun 2-də başlayacaq
İqtisadiyyat 13:23
Azərbaycan qazının Suriyaya ixracı avqustun 2-də başlayacaq
Azərbaycan Mərkəzi Bankı: İqtisadi sabitlik sahəsində irəliləyiş əldə olunub
İqtisadiyyat 13:04
Azərbaycan Mərkəzi Bankı: İqtisadi sabitlik sahəsində irəliləyiş əldə olunub
Bakı Beynəlxalq Dəniz Limanında yük dövriyyəsi artıb
İqtisadiyyat 13:00
Bakı Beynəlxalq Dəniz Limanında yük dövriyyəsi artıb
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
İqtisadiyyat 12:25
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb

ABB “Qarabağ” Futbol Klubununrəsmi tərəfdaşı oldu!
İqtisadiyyat 12:23
ABB “Qarabağ” Futbol Klubununrəsmi tərəfdaşı oldu!

Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edib
İqtisadiyyat 10:40
Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edib
Məzənnə açıqlandı
İqtisadiyyat 09:06
Məzənnə açıqlandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol