• $
  • £

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
12.05.2025 12:20

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi yardım xidmətinin təşkili” adlı layihənin icrasına başlayıb.

QHT.az xəbər verir ki, 2025-ci il mayın 1-dən həyata keçirilən layihə çərçivəsində əsas məqsəd şəhid ailələrinin, müharibə iştirakçılarının və digər həssas əhali qruplarının keyfiyyətli hüquqi yardıma əlçatanlığını təmin etmək, onların qanuni hüquq və maraqlarını müdafiə etmək və pozulmuş hüquqların bərpasını təşviq etməkdir.

Layihə müddətində Bakı, Masallı, Cəlilabad, Neftçala, Şirvan və Ucar şəhərlərində vəkillərin iştirakı ilə hüquqi yardım qəbulları təşkil olunacaq. Qəbul zamanı hüquqi yardıma ehtiyacı olan vətəndaşlara uyğun hüquqi məsləhətlər veriləcək, qurumlara ünvanlanacaq ərizə və şikayətlər tərtib ediləcək, zəruri hallarda məhkəmələrə təqdim ediləcək iddia ərizələri hazırlanacaq.

Qəbul günlərindən əlavə günlərdə də ehtiyacı olan vətəndaşlara yardım göstərilməsi nəzərdə tutulur. Eyni zamanda vətəndaşların yazılı, telefon və digər vasitələrlə edilən müraciətləri də cavablandırılacaq.

Layihə, hüquq sisteminə inamın artırılması, hüquqi maarifləndirmənin genişləndirilməsi və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli təşəbbüslərdəndir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Cəmiyyət 23:00
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Cəmiyyət 22:40
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 21:47
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Cəmiyyət 21:03
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Cəmiyyət 20:29
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
Cəmiyyət 20:05
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Cəmiyyət 18:44
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Cəmiyyət 18:30
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol