• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Azərbaycan Mərkəzi Bankı pul bazarı faizləri üzrə yeni metodologiya tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankı pul bazarı faizləri üzrə yeni metodologiya tətbiq edəcək
15.05.2025 13:00

Azərbaycan Mərkəzi Bankı (AMB) pul bazarında faiz dərəcələrinin formalaşmasında şəffaflıq və davamlılığı təmin etmək məqsədilə yeni metodologiyanın tətbiqini planlaşdırır. Bu barədə qurumun nümayəndəsi müvafiq tədbirdə çıxışı zamanı məlumat verib.

Mərkəzi Bankın təmsilçisinin sözlərinə görə, bəzi hallarda bazar iştirakçılarının aktivliyi zəif olduqda və ticarət həcmləri kəskin azaldıqda, hazırkı indeksin hesablanmasında qırılmalar yaranır. Yeni metodologiya bu boşluqları aradan qaldırmağı və indeksin stabil saxlanmasını hədəfləyir.

“Biz metodologiyanı elə qurmalıyıq ki, bazarda aktiv olmayan, lakin sistem üçün təhlil baxımından önəmli olan məlumatlar da nəzərə alınsın. Qırılmalar zamanı ehtiyat variantlara müraciət edə bilək. Lakin qeyd edim ki, bu nadir hallarda baş verir və 2024-cü ildə bu tip hallar əsasən ilin əvvəlində qeydə alınıb”, –  Mərkəzi Bank nümayəndəsi bildirib.

AMB-nin verdiyi məlumata görə, Azərbaycan indeksinin faiz diapazonu hal-hazırda 6,25–8,25% səviyyəsindədir. Bu diapazon uçot dərəcəsinin (7,25%) bir faiz bəndi aşağı və yuxarı sərhədlərini əhatə edir. 2023-cü ildə bu indeksin faizləri tam olaraq həmin aralıqda dəyişib, bu isə AMB-nin faiz siyasətində transmissiya mexanizminin işləkliyini göstərir.

Eyni zamanda, qeyd olunub ki, əgər indeks bazar faizindən aşağı düşərsə, bu, sistemdə artıq likvidlik olduğunu göstərir və belə hallarda AMB sterilizasiya əməliyyatlarına başlayır.

Əks halda — yəni likvidlik çatışmazlığı yarandıqda — likvidlik injeksiyası həyata keçirilir.

“Sterilizasiya və likvidlik əməliyyatlarında əsas alətimiz bir həftəlik repo əməliyyatlarıdır. Amma bəzən Mərkəzi Bankdan kənar faktorlar, məsələn, xəzinə xərcləmələri, dövlət ödənişləri kimi hallar da sistemin likvidliyinə təsir edir,” –  əlavə olunub.

N.Təbrizli

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti ucuzlaşıb
SOCAR İtaliyada dəyəri $3 mlrd olan zavod alır
İqtisadiyyat 18:22
SOCAR İtaliyada dəyəri $3 mlrd olan zavod alır
Azad edilmiş ərazilərdə daha 6 kiçik SES tikiləcə
İqtisadiyyat 16:49
Azad edilmiş ərazilərdə daha 6 kiçik SES tikiləcə
Azad olunmuş ərazilərdə tikilən elektrik enerjisi qurğularının sayı açıqlanıb
İqtisadiyyat 16:20
Azad olunmuş ərazilərdə tikilən elektrik enerjisi qurğularının sayı açıqlanıb
Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi
İqtisadiyyat 15:48
Azercell “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verdi
ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat
kitabı təqdim edildi
İqtisadiyyat 15:37
ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edildi
Dünya Bankı ilə maliyyə sahəsində aparılan islahatlar müzakirə edilib
İqtisadiyyat 15:18
Dünya Bankı ilə maliyyə sahəsində aparılan islahatlar müzakirə edilib
Dörd ayda Bakıda 10.8 milyard manatlıq məhsul satılıb
İqtisadiyyat 11:40
Dörd ayda Bakıda 10.8 milyard manatlıq məhsul satılıb
2030-cu ilə qədər 92 milyon iş yeri bağlanacaq
İqtisadiyyat 10:50
2030-cu ilə qədər 92 milyon iş yeri bağlanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol