• $
  • £

Mərkəzi Bank interaktiv statistik naviqator işə salıb

Mərkəzi Bank interaktiv statistik naviqator işə salıb
16.05.2025 09:00

Azərbaycan Mərkəzi Bankı ictimaiyyətin, media nümayəndələrinin və tədqiqatçılarının statistik məlumatlara çıxış imkanlarını genişləndirmək məqsədilə interaktiv naviqator sistemini istifadəyə verib. Yeni sistem “Statistik Naviqator” adlanır və müxtəlif sahələr üzrə dinamik, əraziyə əsaslanan maliyyə göstəricilərini vizual formada təqdim edir.

Təqdimat zamanı çıxış edən Mərkəzi Bankın nümayəndəsi bildirib ki, qurum mütəmadi olaraq makroiqtisadi, monetar, bank, sığorta və real sektor üzrə statistik bilgilər paylaşır və bu məlumatlar artıq daha interaktiv və istifadəyə yararlı şəkildə təqdim olunacaq.

“Əgər əvvəllər bu məlumatlar yalnız bülleten formasında çap olunurdusa, indi biz onu daha dinamik və interaktiv hala gətirmişik. İstifadəçilər hər bir bölgə üzrə – Bakı, Aran, Şirvan, Naxçıvan və işğaldan azad olunmuş ərazilər daxil olmaqla – xəritə üzərindən klikləyərək həmin regiona aid maliyyə göstəricilərini əldə edə biləcəklər”, –  qurum rəsmisi vurğulayıb.

Sistem vasitəsilə tədqiqatçılar, media nümayəndələri və beynəlxalq qurumlar istədikləri region və sahə üzrə statistik göstəriciləri seçərək analiz edə biləcək, bu isə analitik hesabatların hazırlanmasını asanlaşdıracaq.

“Bu, sadəcə yeni texniki alət deyil, həm də şəffaflığın artırılması və qərar qəbul edənlər üçün məlumat bazasının gücləndirilməsi məqsədi daşıyır”, –  əlavə olunub.

Platforma vaxtaşırı yenilənəcək və gələcəkdə daha çox indikatorlar, həmçinin digər dövlət orqanlarının məlumatları ilə inteqrasiya da nəzərdə tutulub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol