• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Azərbaycan alimlərinin qurultayının vaxtı dəyişdirildi

Azərbaycan alimlərinin qurultayının vaxtı dəyişdirildi
10.01.2014 14:28

Azərbaycan alimlərinin I qurultayının keçirilmə vaxtı dəyişdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli açıqlamasında bildirib ki, əvvəllər Azərbaycan alimlərinin I qurultayının 2014-cü il Novruz bayramı ərəfəsində, martın I yarısında - ayın 15-nə kimi keçirilməsi nəzərdə tutulsa da, bəzi səbəblərdən onun vaxtı dəyişdirilib. Onun sözlərinə görə, alimlərin I qurultayı ərəfəsində keçirilməsi nəzərdə tutulan tədbirlər planı kifayət qədər zəngindir: “Qurultay ərəfəsində çoxlu tədbirlərin həyata keçirilməsi üçün hazırlıq işlərinin görülməsi lazımdır. Keçiriləcək tədbirlər planı AMEA Rəyasət Heyətinin iclasında müzakirə edilərək təsdiq edilib. Bunlara qurultaya çıxarılacaq problemlərin müəyyən olunması, elmin koordinasiya olunması ilə bağlı məsələlərin müzakirəsi barədə hazırlıq işlərinin aparılması, ölkədə Elm gününün təsis edilməsi ilə bağlı təkliflərin hazırlanması, akademiya alimlərinin sorğu-bələdçi kitabının yazılması və digər məsələlər daxildir. Bu işlərin görülməsi isə müəyyən qədər vaxt tələb edir. Ona görə qurultay öncəsi tədbirləri həll edərək onun yüksək səviyyədə təşkil etmək üçün keyfiyyətin yüksəldilməsi naminə vaxtın uzadılması qərara alınıb. Qərar qəbul olunub ki, tədbirlər planında nəzərdə tutulan məsələlərin həyata keçirilməsi üçün qurultayın vaxtı bir az uzansın. Buna əsasən də qurultayın vaxtı uzadılıb və martda deyil, bir qədər sonra həyata keçiriləcək”.

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol