• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb
15.05.2025 12:37

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb. Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə 10 iyul 2025-ci il tarixinədək DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Şəxsi kabineti olanlar qeydiyyat sisteminə daxil olarkən təyin etdikləri parol qısa və zəifdirsə, müasir təhlükəsizlik tələblərinə cavab vermirsə, sistem avtomatik olaraq onu yeniləməyi tələb edəcək. Qeydiyyat sisteminə daxil olarkən parolun dəyişdirilməsi ilə bağlı belə bildiriş aldıqda orada verilən tələblərə əsasən parolunuzu yeniləməlisiniz. Qeyd edək ki, parolunuz 12 – 20 simvol uzunluğunda (ən az bir rəqəm, bir latın hərfi və ""!@#$&_"" kimi xüsusi simvoldan ibarət) olmalıdır. Şəxsi kabinetinizin istifadəçi adı və parolu məxfi saxlanılmalı və kənar şəxslərlə paylaşılmamalıdır.

Sistemə daxil olarkən subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat bazasından avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə “sms” xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 30 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Çünki qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat yaxın günlərdə başlayacaq və mayın 30-dək davam edəcək. Subbakalavrlar qeyd olunan tarixədək müvafiq komissiya üzrə də qeydiyyatdan keçib qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qabiliyyət imtahanları haqqında daha ətraflı məlumatı “Abituriyent” jurnalının yaxın günlərdə çap olunacaq xüsusi buraxılışlarından əldə etmək mümkündür.

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və “məqbul” qiymət alan subbakalavrlar seçə bilərlər.

1995-2007-ci il təvəllüdlü (30.04.2007-ci il tarixinədək anadan olmuş) 30 yaşınadək olan kişi cinsli subbakalavrların elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması, ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.

30.04.2007-ci il tarixindən sonra doğulmuş və ya 30 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir.

Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respub­likasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Abşeronda 40, Naxçıvanda 41 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:57
Bakı və Abşeronda 40, Naxçıvanda 41 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
Qəzzada Qızıl Xaç əməkdaşı İsrailin hava zərbəsi nəticəsində həlak olub
Cəmiyyət 10:16
Qəzzada Qızıl Xaç əməkdaşı İsrailin hava zərbəsi nəticəsində həlak olub
Astara Gömrük İdarəsində uğurlu əməliyyat nəticəsində 103,3 kq narkotik aşkarlanıb
Cəmiyyət 09:35
Astara Gömrük İdarəsində uğurlu əməliyyat nəticəsində 103,3 kq narkotik aşkarlanıb
DİM bu gün musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirəcək
Cəmiyyət 09:29
DİM bu gün musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirəcək
“Bulvarda kino axşamı” layihəsi çərçivəsində “Əhməd haradadır?” filmi nümayiş olunub
Cəmiyyət 23:46
“Bulvarda kino axşamı” layihəsi çərçivəsində “Əhməd haradadır?” filmi nümayiş olunub
Naxçıvanda yeni infrastruktur layihəsinin icrasına başlanılır
Cəmiyyət 22:06
Naxçıvanda yeni infrastruktur layihəsinin icrasına başlanılır
Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb
Cəmiyyət 21:01
Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb
Salyanda 16 yaşlı yeniyetmə Kür çayında boğularaq ölüb
Cəmiyyət 20:18
Salyanda 16 yaşlı yeniyetmə Kür çayında boğularaq ölüb
Biləsuvar sakini Xırdalanda iş zamanı hündürlükdən yıxılaraq ölüb
Cəmiyyət 19:35
Biləsuvar sakini Xırdalanda iş zamanı hündürlükdən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol