• $
  • £

Azərbaycan xizək idman növləri üzrə dünya çempionatına sponsorluq edəcək

Azərbaycan xizək idman növləri üzrə dünya çempionatına sponsorluq edəcək
16.05.2025 08:14

Azərbaycan 2027-ci ildə İsveçin Falun şəhərində keçiriləcək Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) dünya çempionatının əsas sponsoru olacaq. Bu barədə İsveçin dövlət televiziyası SVT məlumat yayıb.

Məlumata görə,  Azərbaycanın Dövlət Turizm Agentliyi ilə FIS bununla bağlı beşillik sponsorluq müqaviləsi bağlayıb.

“FIS-ə sponsor kimi qoşulan Azərbaycan, özünü qış idman növlərini inkişaf etdirən ölkə kimi tanıtmaq məqsədi güdür,” –  SVT bildirir.

Mayın 6-da imzalanan strateji tərəfdaşlıq müqaviləsi qış turizminin və idmanının inkişafını, həmçinin bu sahədə beynəlxalq yarışların Azərbaycanda keçirilməsini də hədəfləyir.

2025-26 mövsümündən başlayaraq, Azərbaycan FIS dünya çempionatlarının qlobal tərəfdaşı, mogul, akrobatika, xizək krosu və snoubord kros üzrə dünya kuboklarının titul sponsoru, həmçinin ikili xizək yarışlarında rəsmi tərəfdaş olacaq.

Beləliklə, FIS tarixində ilk dəfə olaraq standart sponsorluq anlayışının hüdudlarını aşaraq bütün istiqamətləri əhatə edən qlobal tərəfdaşla əməkdaşlığa başlayıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol