• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

AMEA bu ildən magistratura pilləsi üzrə təhsilə başlayacaq

AMEA bu ildən magistratura pilləsi üzrə təhsilə başlayacaq
10.01.2014 12:00
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Magistratura pilləsinin yaranması ilə bağlı müzakirələr aparılır.AMEA-nın vitse-prezidenti İsa Həbibəyli APA-ya açıqlamasında bildirib ki, akademiya rəhbərliyi bu istiqamətdə ölkənin müvafiq qurumları ilə danışıqlar və yazışmalar aparır. Onun sözlərinə görə, aparılan müzakirələr və yazışma əlaqələri onu göstərir ki, akademiya bu il magistratura təhsilinə ilkin olaraq başlaya biləcək: “Akademiyanın magistratura pilləsinə qəbul imtahanları vahid imtahan qaydalarına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq. İmtahanların hansı qurum tərəfindən aparılması ilə bağlı müzakirə aparıla bilməz. Çünki ölkədə bütün imtahanlar vahid qaydada keçirilməlidir. AMEA magistratura pilləsinə də qəbul TQDK tərəfindən həyata keçiriləcək”. İ. Həbibbəyli qeyd edib ki, akademiya doktorantura təhsilinin keyfiyyətini artırmaq, bura yeni nəslin cəlb olunmasını təmin etmək üçün ilk öncə magistratura təhsili verməkdə maraqlıdır. AMEA vitse-prezidenti bildirib ki, magistratura pilləsinin yaradılması həqiqətən də akademiyaya gənclərin gəlməsində əhəmiyyət kəsb edə bilər: “AMEA magistratura pilləsinin yaradılması hazırda müzakirə prosesindədir. Müzakirələr yekunlaşandan sonra magistratura pilləsinin yaranması, bura qəbulun nə zaman və hansı qaydalar əsasında həyata keçirilməsi barədə yekun qərar veriləcək”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol