• $
  • £

Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi

“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi
16.05.2025 19:29

Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələri ilə də tanınan “Nar” inklüziv cəmiyyətin qurulmasına yönəlmiş təşəbbüslərini davam etdirir. “Biz Hamımız Birik” adlı yeni DEIB (Müxtəliflik, Bərabərlik, İnklüzivlik və Mənsubiyyət) strategiyası çərçivəsində şirkət həm əməkdaşlar, həm də müştərilər üçün bərabər, anlayışlı və əlçatan mühitin yaradılmasına töhfə verir.

Təşəbbüsün ilk mərhələsi kimi, “Nar”ın ön ofis əməkdaşları üçün işarə dili üzrə təlimlərə start verilir. Bu təşəbbüs eşitmə məhdudiyyətli şəxslərlə effektiv ünsiyyət qurmaqla xidmətlərin tam əlçatan olmasını təmin etməyi hədəfləyir. Təlimlər təcrübəli və sertifikatlı eşitmə məhdudiyyətli şirkət əməkdaşları tərəfindən aparılacaq ki, bu da öyrənmə prosesinə həm real təcrübə, həm də dəyər qatır.

Layihənin növbəti mərhələsində eşitmə məhdudiyyətli şəxslərin ehtiyaclarını dərindən analiz edərək, onlar üçün xüsusi olaraq dizayn edilmiş sərfəli və rahat məhsullar, eləcə də Çağrı Mərkəzi dəstəyi təqdim olunacaq. Məqsəd — bu icma üzvlərinə gündəlik həyatlarında maneəsiz kommunikasiya imkanı yaratmaq və onların real ehtiyaclarına cavab verən xidmətlər təqdim etməkdir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Cəmiyyət 23:00
Sumqayıtda baş memar vəzifəsinə yeni təyinat olub
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Cəmiyyət 22:40
Ağcabədidə avtomobil qəzası olub, ölən və yaralananlar var
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 21:47
Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Cəmiyyət 21:03
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Cəmiyyət 20:29
Sumqayıtda suyun verilişində fasilə yaranacaq
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
Cəmiyyət 20:05
Qubada avtomobil ağaca çırpılıb,dörd nəfər xəsarət alıb
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Cəmiyyət 18:44
AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Cəmiyyət 18:30
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 18:07
İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol