• $
  • £

Bank Respublika EBRD tərəfindən üçüncü il ardıcıl olaraq “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb

Bank Respublika EBRD tərəfindən üçüncü il ardıcıl olaraq “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb
19.05.2025 10:22

Bank Respublika, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım
Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2024-ci il üzrə “Azərbaycanda ən fəal emitent-bank” mükafatına layiq görülüb. Qeyd edək ki, bu mükafat “Bank Respublika”nın bu sahədə üçüncü il ardıcıl olaraq qazandığı uğurudur.


Mükafat EBRD-nin London şəhərində Rəhbərlər Şurasının illik iclası zamanı keçirilən təntənəli mərasimdə təqdim olunub.


“Bank Respublika”ya təqdim olunan bu nüfuzlu mükafat, bankın beynəlxalq ticarətin maliyyələşdirilməsi sahəsində göstərdiyi yüksək aktivliyi, risklərin idarə olunması bacarığını və müştərilərə təqdim etdiyi effektiv maliyyə həllərini bir daha təsdiqləyir. EBRD ilə uğurlu əməkdaşlıq nəticəsində, Bank Respublika xarici ticarət əməliyyatlarında daha
geniş imkanlar təqdim edərək, ölkənin ixrac və idxal potensialının dəstəklənməsinə töhfə verməkdədir.


Bu nailiyyət “Bank Respublika”nın beynəlxalq maliyyə institutları ilə güclü tərəfdaşlıq əlaqələrinin, eləcə də ticarətin maliyyələşdirilməsi sahəsində peşəkar komandasının əzmli fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu mükafat yalnız Bank Respublika-nın deyil, ümumilikdə Azərbaycanın regional ticarətdə artan rolunun əyani sübutudur.


Bank Respublika müştərilərinə ticarətin maliyyələşdirilməsi üzrə geniş çeşiddə məhsul və xidmətlər təqdim etməyə davam edir və Azərbaycanın iqtisadi inkişafına töhfə verməyi əsas prioritetlərindən biri hesab edir.


Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol