• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

İnvestisiya imkanı artıq Yelo App-də!

İnvestisiya imkanı artıq Yelo App-də!
19.05.2025 15:09



ABŞ birjalarında səhm ticarəti ilə maraqlananlar üçün Yelo Bank-dan gözlənilən yenilik! Bank müştərilərinə əlavə qazanc fürsəti yaradır. Belə ki, Yelo App-də artıq Yelo Invest xidməti aktivdir.

İnvestisiyaya başlamaq üçün müştəri filiala getmədən, lazımi sənədləşmələri sadəcə Yelo App-də SİMA rəqəmsal imza ilə tam onlayn həyata keçirə bilər. Bundan sonra isə qeydiyyatdan keçmiş müştərilər Nvidia, Apple, Google, Tesla, Coca Cola və s. bir çox tanınmış şirkətlərin səhmlərini həm tam, həm də hissəvi şəkildə almaq mümkündür. Alınan səhmlərin sayında heç bir məhdudiyyət yoxdur. Müştərilər Yelo App-də səhm alqı-satqısını həyata keçirə bilərlər, prosedur Amerika fond bazarının iş saatları (17:30-00:00) ərzində tamamlanacaq. Həmçinin “premarket” və “aftermarket” saatları çərçivəsində ABŞ birjalarında sifariş yerləşdirmək mümkündür. Alış AZN və USD valyutalı Yelo kart və ya Yelo Bank-da olan aktiv hesab vasitəsilə həyata keçirilir. Alınmış səhmlər real səhmlərdir, müştərilər həmin şirkətlərin payçısı olurlar. Sadə və aydın interfeysi sayəsində Yelo App-də portfeli idarə etmək, dividendləri nəzarətdə saxlamaq çox rahatdır.

Qeyd edək ki, Yelo Invest xidməti “Unicapital İnvestisiya Şirkəti” ASC (lisenziya  №-si 087910) vasitəsilə həyata keçirilir. Unicapital 2007-ci ildən etibarən kapital bazarlarının fəal iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzun müddətli üzvüdür. Şirkət həm fiziki, həm də hüquqi şəxslərə qiymətli kağızlara yatırım, törəmə maliyyə alətləri ilə ticarət və digər xidmətlər göstərir.

Yaxın zamanlarda Yelo Bank investisiya xidmətinin imkanlarını genişləndirəcək. Yelo App ilə səhm almaq sadə, rahat və təhlükəsizdir! Siz də Yelo Invest xidmətindən faydalanıb, əlavə gəlir qazanmaq üçün Yelo App tətbiqini yükləyin: //bit.ly/ylnvst.

İnvestisiya nədir, necə əldə etmək olar və bu kimi başqa suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
İqtisadiyyat 16:05
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol