• $
  • £

Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi

Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi
19.05.2025 15:37

 

Ötən həftə Azərbaycanda, turizmin mərkəzi bölgələrindən biri olan Qəbələ şəhərində sahibkarlar üçün daha bir tədbir keçirilib. Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı, eləcə də Birbank Biznes-in tərəfdaşlığı ilə keçirilən layihədə Qəbələ və ətraf rayonlarda yaşayan, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Qəbələ şəhəri “ASAN xidmət” Mərkəzində keçirilən tədbirə Birbank Biznes müştərisi olan və olmayan 40 sahibkar qoşulub. Tədbir zamanı sahibkarlara bankın mütəxəssisləri tərəfindən Birbank Biznes-in sahibkarlar üçün yaratdığı imkanlar və üstünlüklər haqqında məlumat verilib. Eyni zamanda maliyyələşmə məhsullarının işləmə prinsipləri, qeyri -kredit məhsullarının yaratdığı imkanlar və üstünlüklər və digər rəqəmsal həllər iştirakçılara təqdim edilib. Daha sonra iştirakçıların ehtiyacları dinlənilib və bankın gələcək yenilikləri haqqında onlara ətraflı məlumat verilib. 

Qeyd edək ki, Birbank Biznes cari ildə sahibkarların inkişafını dəstəkləyən layihələrlə gündəmə gəlir. Bu kimi layihələrin keçirilməsi ölkədə sahibkarlığın, eləcə də bazar iqtisadiyyatının inkişafına böyük dəyər qatır. 

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol