• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
19.05.2025 18:38

Sərfəli mobil operator “Nar”ın, həmçinin bp və tərəfdaşlarının dəstəyi, ADA Universiteti və ADA
Universiteti Fondunun təşkilatçılığı ilə jest dili üzrə mobil tətbiqin hazırlanması istiqamətində işlər planlı şəkildə davam etdirilir. Layihənin son rübündə mühüm mərhələyə – məzmunun
yaradılmasından tətbiqə inteqrasiya və test prosesinə keçid edilib. Bu təşəbbüs inklüzivliyi təşviq edərək eşitmə və nitq məhdudiyyəti olan şəxslərin digər insanlarla ünsiyyətini asanlaşdırır və onların jest dilini tamamilə ödənişsiz və müəllimə ehtiyac olmadan öyrənməsinə imkan yaradır.


Yaxın zamanda yekunlaşacaq layihə çərçivəsində “Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə
hazırlanan tədris məzmunu test mühitinə inteqrasiya edilib, server və verilənlər bazası üzrə işlər demək olar ki, tamamlanıb, AWS platformasında yerləşdirmə prosesi icra olunub. Eyni zamanda,tətbiqin əsas funksiyaları test üçün hazır vəziyyətə gətirilib, UI/UX dizayn elementləri
yekunlaşdırılıb. İlkin mərhələdə planlaşdırılandan daha çox söz və tədris səhifəsi hazırlanaraq
hədəfə doğru davamlı irəliləyiş təmin olunub.


Qeyd edək ki, jest dili üzrə bu mobil tətbiqin hazırlanması layihəsinə “Nar”ın da qoşulması onun
inklüziv cəmiyyətin qurulmasına yönəlmiş fəaliyyətindən irəli gəlir. Layihə bu sahədə başladığımız işlərin davamı olaraq, ölkədə işarət dilinin tədrisi və əlilliyi olan şəxslərin informasiya əlçatanlığına dəstək məqsədi daşıyır.


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə
Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət
təqdim edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyranbatanda itkin düşən şəxsin meyiti kanaldan tapılıb
Cəmiyyət 17:28
Ceyranbatanda itkin düşən şəxsin meyiti kanaldan tapılıb
Hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət 17:13
Hava ilə bağlı XƏBƏRDARLIQ
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 14:50
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
DSX-nin hərbçisi vəfat edib
Cəmiyyət 12:40
DSX-nin hərbçisi vəfat edib
Sabahın hava proqnozu
Cəmiyyət 12:15
Sabahın hava proqnozu
Qaxda yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 12:08
Qaxda yol qəzası baş verib, xəsarət alanlar var
Ağdamda elektrik dirəyinə çıxan gənc xilas edilib - Video
Cəmiyyət 10:43
Ağdamda elektrik dirəyinə çıxan gənc xilas edilib - Video
Çaylarda faktiki vəziyyət açıqlanıb
Cəmiyyət 10:26
Çaylarda faktiki vəziyyət açıqlanıb
Sabunçu bazarında yanğın olub - Video
Cəmiyyət 09:25
Sabunçu bazarında yanğın olub - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol