• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Vətəndaşlara "Azərpoçt" adından saxta mesajlar göndərilir - ETX

Vətəndaşlara "Azərpoçt" adından saxta mesajlar göndərilir - ETX
20.05.2025 17:54

Elan platformalarında məhsul yerləşdirən vətəndaşlara müxtəlif nömrələr vasitəsilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC adından saxta mesajlar göndərilir və məhsulu almaq istəyi bildirilir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, dələduzlar məhsulun ödənişini həyata keçirmək bəhanəsi ilə vətəndaşlara saxta keçidlər göndərirlər. Həmin keçidlərə daxil olan istifadəçilərdən bank kartı məlumatları və digər şəxsi məlumatların daxil edilməsi tələb olunur. Bu yolla vətəndaşların maliyyə və fərdi məlumatları ələ keçirilməyə çalışılır.

ETX vətəndaşlara xəbərdarlıq edir ki, bu cür hallarla rastlaşdıqda ehtiyatlı olsunlar, hər hansı qurum adından göndərilən mesajlara dərhal inanmasınlar və məlumatı birbaşa həmin qurumun rəsmi kanalları vasitəsilə dəqiqləşdirsinlər.

Qurum vətəndaşlara şübhəli keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını naməlum mənbələrlə paylaşmamağı tövsiyə edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Turizm Agentliyi 13 mln. manat vəsaiti büdcəyə qaytarmayıb
Cəmiyyət 15:53
Dövlət Turizm Agentliyi 13 mln. manat vəsaiti büdcəyə qaytarmayıb
150 bağçada keyfiyyət sistemi qurulub, 41 müdir işdən çıxarılıb - Agentlik rəsmisi
Cəmiyyət 15:40
150 bağçada keyfiyyət sistemi qurulub, 41 müdir işdən çıxarılıb - Agentlik rəsmisi
Məktəbəqədər təhsil müəssisələrində 660 vakant rəhbər və müəllim yeri mövcuddur -RƏSMİ
Cəmiyyət 15:31
Məktəbəqədər təhsil müəssisələrində 660 vakant rəhbər və müəllim yeri mövcuddur -RƏSMİ
11 yeni məktəbəqədər təhsil müəssisəsinin açılması planlaşdırılır
Cəmiyyət 15:23
11 yeni məktəbəqədər təhsil müəssisəsinin açılması planlaşdırılır
Azərbaycanda məktəbəqədər təhsildə özəl-dövlət əməkdaşlığı genişlənir
Cəmiyyət 15:23
Azərbaycanda məktəbəqədər təhsildə özəl-dövlət əməkdaşlığı genişlənir
Məktəbəqədər təhsil müəssisələrinə 58 min 500 uşaq qəbulu həyata keçirilməsi proqnozlaşdırılır
Cəmiyyət 15:15
Məktəbəqədər təhsil müəssisələrinə 58 min 500 uşaq qəbulu həyata keçirilməsi proqnozlaşdırılır
Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxunub
Cəmiyyət 14:57
Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxunub
Azərbaycanda istilik tarifləri artırılıb
Cəmiyyət 14:44
Azərbaycanda istilik tarifləri artırılıb
Rusiyada Mixail Qusmanı dövlət mükafatlarından məhrum etməyə çağırıblar
Cəmiyyət 14:04
Rusiyada Mixail Qusmanı dövlət mükafatlarından məhrum etməyə çağırıblar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol