• $
  • £

Azərbaycan İsrailə neft ixracını dayandırıb, İtaliya birincidir

Azərbaycan İsrailə neft ixracını dayandırıb, İtaliya birincidir
21.05.2025 08:00

2025-ci ilin yanvar–aprelində Azərbaycan İsrailə neft ixrac etməyib. Halbuki ötən il İsrail Azərbaycanın əsas neft alıcılardan biri olub. Dövlət Gömrük Komitəsinin son məlumatlarında bu ölkə alıcılar sırasında göstərilmir.

Eyni zamanda, İtaliya Azərbaycandan neft idxalını kəskin artırıb. Bu ölkə 4,4 milyon ton neft alaraq 2,45 milyard dollar ödəyib. Təkcə apreldə rekord həcmdə — 1,4 milyon ton neft alınıb və bu idxalınn dəyəri 750 milyon dollar təşkil edib. 

Ümumilikdə bu ilin ilk 4 ayında Azərbaycanın neft ixracı 8,2 milyon ton təşkil edib və bu, 4,56 milyard dollar gəlir gətirib.

Ötən ilin eyni dövründə göstəricilər müvafiq olaraq 6,93 milyon ton və 4,37 milyard dollar olub. İtaliya, Böyük Britaniya və Rumıniya daimi alıcılar sırasındadır.

Azərbaycan 8,16 milyard kubmetr təbii qaz ixrac edərək 3,07 milyard dollar gəlir əldə edib.

Neft və qaz ixracından ümumi gəlir 7,72 milyard dollar olub və bu, ölkənin ümumi ixracının 87,8%-ni təşkil edib.

Polietilen ixracı 39,4 min tona düşsə də, gəlir 46 milyon dollara yüksəlib ki, bu da bazarda tələbatın artdığına sübutdur.

SOCAR Methanol da artım nümayiş etdirib. Belə ki , bu ilin ilk 4 ayında 121,7 min ton metanol ixrac olunub və bu, 36,7 milyon dollar gəlir gətirib.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə 148 min ton metanol ixracı cəmi 29,18 milyon dollar gəlir gətirmişdi.

SOCAR-ın törəmə müəssisələri arasında ən yüksək göstəricilər SOCAR Karbamid zavoduna məxsusdur — 215,7 min ton gübrə ixracı nəticəsində 63,5 milyon dollar gəlir əldə olunub (ötən il bu göstərici 171 min ton və 33 milyon dollar idi).

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol