• $
  • £

Bakıda mini-futbol üzrə dünya çempionatı start götürür

Bakıda mini-futbol üzrə dünya çempionatı start götürür
21.05.2025 08:32

Bu gün Bakıda yerləşən Milli Gimnastika Arenasında mini-futbol üzrə beşinci dünya çempionatı start götürəcək. Yarış FIFA və UEFA tərəfindən deyil, Dünya və Avropa Mini-Futbol Federasiyaları tərəfindən təşkil olunur.

Turnirdə 32 komanda iştirak edir və onlar səkkiz qrupa bölünüb.

Ev sahibliyi edən  Azərbaycan yığması “A” qrupundakı ilk oyununu bu axşam saat 20:30-da Bəhreynə qarşı keçirəcək. Komanda daha sonra Sloveniya (23 may) və Mavritaniya (25 may) ilə qarşılaşacaq.

Bu gün Fransadan Çad, Ukraynadan İngiltərə və Rumıniyadan Özbəkistanla oyunlar daxil olmaqla daha yeddi matç keçiriləcək.

Açılış mərasimi saat 19:00-da başlayacaq və səhnədə müğənni Aygün Kazımova çıxış edəcək.

Qrup mərhələsi 26 mayda başa çatacaq, hər qrupdan iki komanda 1/8 finala yüksələcək. Turnirin finalı 1 iyun tarixində keçiriləcək.

2023-cü ildə BƏƏ-də keçirilmiş dünya çempionatında Azərbaycan dördüncü yeri tutmuşdu. Əvvəlki illərdə çempion adını ABŞ, Çexiya, Meksika və Rumıniya qazanıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol