İlham Əliyevin Macarıstana səfəri başa çatıb
Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb.
Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini rəsmi şəxslər yola salıblar.