• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Bakıda qaz aksiyası - VİDEO

Bakıda qaz aksiyası - VİDEO
09.01.2014 21:08
«Adını qoyub yeni tikili, prezident də sərəncam verib ki, qaz verilsin. Niyə verilmir? Səbəb nədir?». Bunu deyən Bakıdakı bir yeni tikilinin sakinidir. Binəqədi rayonunda, «Olimp» Mənzil-Tikinti Kooperativinin (MTK) inşa etdiyi binanın sakinləri yanvarın 8-də etiraz aksiyası da keçiriblər. Onlar binaya qaz verilməməsindən şikayətçidirlər.«Harada görünüb ki, yaşayış binasının birinci mərtəbəsində – obyekt kimi işlədilən yerində qaz olsun, yuxarı mərtəbələrdə yox? Sabah partlasa, nə olacaq?». Sakinlərdən Pərviz Namazov AzadlıqRadiosuna belə deyib.Bina sakinləri qaz çəkilməsi üçün hər ailədən 320 manat alındığını, ancaq qazdan soraq çıxmadığını söyləyiblər.«Olimp» MTK-nın yaşayış kompleksi Dövlət Qəbul Komissiyasına təhvil verilmədən sakinlərin ixtiyarına verilib. MTK-nın komendantı Fazil Xəlilov yanvarın 8-də «Bizim Yol» qəzetinə deyib ki, binada 2007-ci ildən sakinlər yaşasa da, tikinti işlərinin, əslində, 2010-cu ildə başa çatdırılması nəzərdə tutulmuşdu. Meydana çıxmış maliyyə problemlərinə və bəzi sənədləşmə işlərinə görə tikinti bir qədər yubanıb. Xəlilovun sözlərinə görə, bəzi vətəndaşların kirayədə qalması və maddi sıxıntıları nəzərə alındığından, 2007-ci ildə onların öz mənzillərinə köçməsinə icazə verilib:«Görünür, səhv etmişik. Gərək işlər yekunlaşmayınca, binanın məskunlaşmasına icazə verməyəydik. Belə olsaydı, indi MTK ilə sakinlər arasında bu cür fikir ayrılığı yaranmazdı».«Olimp» MTK-nın yaşayış kompleksi  qazsız yeganə çoxmərtəbəli bina deyil. Qışın soyuğunda mənzillərini elektrik enerjisi ilə isidən, naqillər tab gətirməyib qısa qapanma törətdiyindən soyuqdan tir-tir əsən uşaqlı ailələrin sayı yüzlərlədir.«Azəriqaz» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev AzadlıqRadiosuna deyir ki, yaşayış binalarının qazlaşdırılması üçün lazım olan sənədlər toplusu MTK sahibi tərəfindən toplanaraq «Azəriqaz»a təqdim olunmalıdır. Bu sənədlərə layihə-smeta sənədlərinin əsli, tikinti işlərini aparmış şirkətin lisenziyasının surəti, xarici və daxili qaz kəmərlərinin istismara qəbul aktları və s. daxildir. Qaz kəmərlərinin tikinti pasportları (layihədə nəzərdə tutulubsa, qaztəmizləyici qurğunun tikinti pasportu), məişət qaz sayğaclarının mənzillər üzrə siyahısı olmalıdır: «Hər bir MTK sahibi inşa etdiyi binanı tam hazır vəziyyətdə, mülkiyyəti təsdiqləyən sənədlə satmalıdır. Ancaq reallıqda bunun əksini görürük. Bina sahibləri qaz xətlərini çəkmir, sayğacları quraşdırmırlar. Onlar sakinlərin haqlı iradlarından yayınmaq üçün günahı başqa qurumların və «Azəriqaz» İstehsalat Birliyinin üzərinə yönəldirlər».Hələ bir neçə ay əvvəl «Azəriqaz» bəyanat yaymışdı ki, MTK sahibləri qaz xətlərini çəkmədiyinə, sayğacları sakinlərə şişirdilmiş qiymətlərlə satmalarına haqq qazandırmaq üçün diqqəti yayındırmağa çalışırlar. Qurum istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz verilməsində maraqlı olduğunu bəyan edib.TƏLƏSİK KÖÇ«Fövqəl» Assosiasiyasının prezidenti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Həbib Ocaqov vurğulayır ki, yeni tikilən binada bütün mühəndis qurğuları, qaz, işıq, kanalizasiya, isitmə xətləri çəkiləndən sonra bina aktla qəbul olunur. Ancaq mütəxəssisin fikrincə, sakinlər binaya köçməyə tələsməməlidir:«Təəssüflər olsun ki, bizdə belə deyil. Adamlar özləri tələm-tələsik köçürlər ki, qalmağa yerim yoxdur. Binanın tam hazır olmasını gözləmək lazımdır».Həbib Ocaqov əks halda partlayışları, qəzaları istisna etmir.«Azəriqaz» İstehsalat Birliyi bildirir ki, ötən il 149 çoxmərtəbəli bina qazla təmin olunub. Məlumata görə, qaz verilməzdən əvvəl gərəkli sənədləri təqdim edilib. 149 bina ümumilikdə 30 min 374 mənzil deməkdir. 2012-ci ildə isə 60 çoxmərtəbəli binaya qaz verilmişdi.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləcəridə işıq olmayacaq
Cəmiyyət 09:22
Biləcəridə işıq olmayacaq
Şamaxıda 3 maqnitudalı zəlzələ qeydə alınıb
Cəmiyyət 09:02
Şamaxıda 3 maqnitudalı zəlzələ qeydə alınıb
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol