• $
  • £

Qazaxıstan Fond Birjasında ticarət həcmi altı dəfədən çox artıb

Qazaxıstan Fond Birjasında ticarət həcmi altı dəfədən çox artıb
22.05.2025 10:12

2025-ci ilin ilk dörd ayıında Qazaxıstan Fond Birjasında (KASE) ticarət həcmi ötən ilin eyni dövrü ilə müqayisədə altı dəfədən çox artıb. Bu barədə birjanın Emitent və investorlarla iş departamentinin direktoru Əzizə Ordabayeva Bakıda Bakı Fond Birjası ilə birgə keçirilən konfransda bildirib. 

Birjada aktiv şəkildə istifadə olunan internet alətləri arasında bitkoin üzrə fyuçers müqavilələri, müxtəlif şirkətlərin səhmləri, beynəlxalq indekslər və subfondlar yer alır. Sözügedən sektor üzrə ticarətlər ABŞ dolları ilə aparılır. Müştərilərin rahatlığı üçün ticarət rejimi dəyişdirilərək axşam saat 20:00-dan gecə saatlarına qədər fəaliyyət göstərməyə başlayıb.

Bu seqmentdə fiziki şəxslərin payı 50 faiz təşkil edir ki, bu da alətləri pərakəndə investorlar üçün xüsusilə cəlbedici edir.

Hazırda birjanın rəsmi siyahısında beş idarəedici şirkət tərəfindən idarə olunan 18 investisiya fondunun qiymətli kağızları yerləşdirilib. Bu fondlar arasında bir İslam fondunun yaradılma prosesi də xüsusi maraq doğurur.

Qazaxıstan Fond Birjasının öz likvidlik indeksinə daxil olan ilk on qiymətli kağız üzrə əməliyyatların həcmi və sövdələşmələrin sayı da təqdim olunub.

Son aylarda KASE-də bir neçə irimiqyaslı İPO və SPO baş tutub. “KazMunayQaz”, “Kibok”, “Eiroskela” və “Kubniçnaya” şirkətlərinin səhmləri uğurla yerləşdirilib. Bu proseslərə fiziki şəxslər geniş cəlb olunub və hər bir SPO kampaniyası zamanı yeni hesabların sayı əhəmiyyətli dərəcədə artıb. Birja rəhbərliyi bunun birbaşa maliyyə savadlılığının artırılması və səhm bazarının populyarlaşdırılması tədbirləri ilə əlaqəli olduğunu bildirir.

Məsələn, “KazMunayQaz”ın yerləşdirilməsi zamanı qiymət 18 dollar olub, KASE-də ümumi yerləşdirmə həcmi 135 milyard təngəyə çatıb. Paralel olaraq, İngiltərə hüququ ilə fəaliyyət göstərən Astanadakı beynəlxalq AIX birjasında isə 16,4 milyard təngəlik yerləşdirmə baş verib.

“Kibok” şirkətinin səhmləri 3 dollar 2 sent qiymətinə yerləşdirilib. KASE-də ümumi həcm 18,7 milyard təngə, əlavə olaraq isə 4 milyard təngəlik yerləşdirmə həyata keçirilib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol