Prezidentin köməkçisi Aİ rəsmisi ilə görüşüb
Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin baş katibi Belen Martinez Karbonel ilə görüşüb.
Aİ rəsmisi bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək, görüşdə Aİ–Azərbaycan münasibətləri, Ermənistanla normallaşma prosesi və regional məsələlərin müzakirə olunduğunu bildirib.
“Avropa İttifaqı regionda sülhə və tərəqqiyə sadiq qalır,” – Karbonel qeyd edib.
N.Təbrizli
Son xəbərlər
Daha çox