• $
  • £

Mərkəzi Bank kapital bazarının dərinləşdirilməsi üçün islahatları genişləndirir

Mərkəzi Bank kapital bazarının dərinləşdirilməsi üçün islahatları genişləndirir
23.05.2025 10:48

Azərbaycan Mərkəzi Bankı (AMB) kapital bazarının inkişafını sürətləndirmək məqsədilə 2024–2026-cı illəri əhatə edən strateji fəaliyyət planı çərçivəsində genişmiqyaslı islahatlara start verib. Bunu AMB-nin baş direktoru Tərlan Rəsulov Forumda çıxışı zamanı bildirib . 

Onun sözlərinə görə, son illərdə kapital bazarının iqtisadi inkişaf və innovasiya ilə əlaqəli rolu daha da artıb və bu istiqamətdə aparılan tədqiqatlar inkişaf edib və inkişaf etməkdə olan ölkələr üçün oxşar nəticələri təsdiqləyir.

“Kapital bazarları həm iqtisadiyyatın növbəti mərhələyə keçidi, həm də innovasiya ekosisteminin formalaşması üçün vacib vasitədir,” —  Rəsulov qeyd edib.

Onun sözlərinə görə, Prezident tərəfindən təsdiqlənən 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında kapital bazarlarının dərinləşdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Strategiyada maliyyə xidmətlərinin əlçatanlığının artırılması, biznes subyektlərinin resurslara çıxış imkanlarının genişləndirilməsi və alternativ maliyyələşmə mexanizmlərinin yaradılması nəzərdə tutulub. 

AMB kapital bazarlarının inkişafını dörd əsas istiqamət üzrə həyata keçirir - bazar infrastrukturunun təkmilləşdirilməsi, institusional iştirakın gücləndirilməsi, investorlar üçün çıxış imkanlarının genişləndirilməsi və investisiya alətlərinin çeşidinin artırılması.

Rəsulov bildirib ki, son iki ildə həyata keçirilən tədbirlər nəticəsində ticarət və ticarət sonrası sistemlərin avtomatlaşdırılması, platformaların inteqrasiyası və səhmlərin ilkin abunə yazılışı kimi yeniliklər reallaşdırılıb. 

“İlk dəfə olaraq səhmlərin bazar əməliyyatları mobil tətbiq vasitəsilə icra olunmağa başlanıb və bu, investorlar üçün daha əlçatan mühit yaradır,” — o vurğulayıb.

2024-cü ilin göstəricilərinə əsasən, kapital bazarında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 2,16 dəfə artaraq 70,5 milyard manata çatıb. Xüsusilə, dövlət istiqrazlarına marağın artdığı və qiymətli kağızlar bazarında 62 faizlik artım qeydə alındığı bildirilib.

Mərkəzi Bank hazırda investor marağını artıracaq yeni hüquqi çərçivənin hazırlanması və qiymətli kağızlar bazarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində genişmiqyaslı layihələr üzərində işləyir.

“Kapital bazarının inkişafı Azərbaycan iqtisadiyyatının dayanıqlığını və maliyyə inklüzivliyini gücləndirmək üçün əsas alətə çevrilməkdədir,” — Rəsulov əlavə edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol