• $
  • £

Azərbaycanda təkrar bazarın həcmi 5 dəfə, repo əməliyyatları isə 60 dəfə artıb

Azərbaycanda təkrar bazarın həcmi 5 dəfə, repo əməliyyatları isə 60 dəfə artıb
23.05.2025 11:03

2018-ci ildə qəbul edilən “Dövlət borcunun idarə edilməsinə dair orta müddətli strategiya” çərçivəsində fond bazarında əhəmiyyətli artım qeydə alınıb. Bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəlqulov forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dövlət istiqrazları bazarının həcmi bu dövr ərzində artaraq 900 milyon manata çatıb. Eyni dövrdə təkrar bazarın həcmi 5 dəfə, repo əməliyyatları isə 60 dəfə artıb.

Mursaqulov bildirib ki, əvvəllər əsasən banklar və sığorta şirkətləri bu bazarda fəallıq göstərirdisə, hazırda fiziki şəxslər, o cümlədən xarici vətəndaşlar da bazarın aktiv iştirakçıları sırasına qoşulublar. Bu isə fond bazarına etimadın artdığını və onun dərinləşdiyini göstərir.


Maliyyə Nazirliyi sözçüsü investor şirkətlərinin bazarda əlaqələndirici funksiyasını yüksək qiymətləndirərək deyib ki, bu şirkətlər həm yeni investorların maarifləndirilməsində, həm də mövcud investorların qərar vermə prosesində vacib rol oynayır.

“Cari ildən etibarən Nazirlik büdcə vəsaitlərinin bir hissəsini banklarda depozit kimi yerləşdirərək, maliyyə sektoruna əlavə likvidlik dəstəyi göstərib. Rəsmi qurum bu addımı həm bank sisteminin sabitliyi, həm də dövlət vəsaitlərinin səmərəli istifadəsi baxımından əhəmiyyətli sayır”, - Mürsəqulov vurğulayıb. 

Onun sözlərinə  görə, nazirlik eyni zamanda dövlət istiqrazları ilə bağlı şəffaflığı artırmaq üçün mütəmadi məlumat paylaşmaqda davam edir.

“Bu, sadəcə zaman məsələsidir. Yaxın vaxtlarda təkrar bazarda aktivliyimizi bərpa edəcəyik”,  - Mürsəqulov deyib. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol