• $
  • £

Azərbaycan investisiya fondları hüquqi maneələrlə üzləşir

Azərbaycan investisiya fondları hüquqi maneələrlə üzləşir
23.05.2025 12:10

Azərbaycanda investisiya fondlarının inkişafını əngəlləyən hüquqi boşluqların aradan qaldırılması üçün qanunvericiliyə dəyişikliklər edilib və Milli Depozit Mərkəzinə yeni səlahiyyətlər verilib. Bu barədə Milli Depozit Mərkəzinin rəhnəri Müşfiq Məmmədli bildirib.

Onun sözlərimə görə, investisiya fondları kapital bazarının dərinləşməsi və vəsaitlərin effektiv yönəldilməsi baxımından mühüm alətdir. Lakin bu fondların fəaliyyətini tənzimləyən infrastrukturun tam formalaşmaması bazarın inkişafını ləngidib.

“Əsas problem ondan ibarətdir ki, qanunvericiliyə əsasən hər bir investisiya fondu aktivlərini saxlayan xüsusi depozitarla işləməlidir. Lakin indiyədək bu funksiyanı yerinə yetirən özəl depozitarlar formalaşmayıb,” – o bildirib.

Bununla əlaqədar olaraq, Mərkəzi Bank qanunvericiliyə dəyişiklik təşəbbüsü ilə çıxış edib və Milli Depozit Mərkəzinə xüsusi depozitar funksiyasını yerinə yetirmək səlahiyyəti verilib. Artıq Mərkəz müvafiq lisenziya almadan bu sahədə fəaliyyətə başlaya bilər.

Milli Depozit Mərkəzi nümayəndəsinin sözlərinə görə, ilkin əməliyyatlar üzrə texniki hazırlıq yekunlaşıb və yaxın aylarda qeydiyyat və əməliyyat mərhələsinə başlanacaq. Yeni sistem qiymətli kağızlarla yanaşı, alternativ aktivlərə – məsələn, daşınmaz əmlak və private equity – yatırımları da əhatə edəcək.

“Bizə daşınmaz əmlakın və qeyri-birja aktivlərinin qeydiyyatı sistemləri ilə informasiya mübadiləsi vacibdir. Bu məlumatların inteqrasiyası üzərində artıq işlər tamamlanmaq üzrədir,” – o qeyd edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol