• $ 1.7
  • € 2.0167
  • ₽ 0.022015
  • ₺ 0.0389
  • £ 2.314

AMEA muğamı elmi cəhətdən öyrənəcək

AMEA muğamı elmi cəhətdən öyrənəcək
29.05.2020 04:13
Azərbaycan Elmlər Milli Akademiyasında (AMEA) “Muğamşünaslıq” adlı yeni şöbə yaradılır.Bu barədə APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib. İ. Həbibbəyli bildirib ki, yeni şöbə AMEA tarixində ilk dəfə olaraq muğam sənətini elmi cəhətdən öyrənəcək. Şöbə akademiyanın Memarlıq və İncəsənət İnstitutunun nəzdində fəaliyyət göstərəcək. Onun sözlərinə görə, ölkədə bu vaxta kimi keçirilən muğam müsabiqələri böyük rezonans doğurmaqla yanaşı, muğamın milli-mədəni inkişafına böyük təkan verib: “Amma muğam haqqında olan elm muğam müsabiqələrinin fonunda yenidən təşkilatlanmağa borcludur. Ona görə akademiyada Azərbaycan muğamlarını, bu sənəti öyrənəcək yeni “Muğamşünaslıq” şöbəsi yaradılacaq. Bu, müxtəlif institutlarda çalışan, əruz vəzni, muğam sənəti, ifaçılığı, tarixi ilə məşğul olan şərqşünas alimləri birləşdirəcək bir şöbə olacaq. Yeni şöbədə ölkənin mədəni həyatında baş verən muğamla bağlı proseslər vahid qaydada elmi cəhətdən öyrəniləcək. Yeni şöbənin yaradılması ilə bağlı ilkin işlər aparılır, bununla bağlı yaxın günlərdə akademiya rəhbərliyi yekun qərar qəbul edəcək”. İ. Həbibbəyli qeyd edib ki, bu vaxta kimi akademiyada xalq sənəti, musiqisi ilə bağlı ayrı-ayrı elmi-tədqiqat şöbələri olub. İndiyə kimi muğamın xalq musiqisi şöbələrində öyrənildiyini deyən vitse-prezident vurğulayıb ki, muğam özünəməxsus keyfiyyətlərə malik olduğu üçün ayrıca tədqiq olunmağa layiqdir: “Ona görə akademiyada xalq musiqisi şöbəsini qoruyub saxlamaq şərtilə “Muğamşünaslıq” şöbəsi yaradılacaq. Bu, akademiyanın tarixində bir ilk olacaq. Burada muğam sənətinin tarixinin, ənənələrinin, nəzəriyyəsinin bu günü və gələcəyi öyrənilərək sistemli şəkildə təqdim ediləcək”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Geomaqnit qasırğası gözlənilir
Cəmiyyət 14:02
Geomaqnit qasırğası gözlənilir
Bu müəllimlər üçün attestasiya imtahanı ləğv olunur
Cəmiyyət 13:55
Bu müəllimlər üçün attestasiya imtahanı ləğv olunur
Vüqar Qurbanovun vəzifədən azad olunduğu iddia olunur
Cəmiyyət 13:50
Vüqar Qurbanovun vəzifədən azad olunduğu iddia olunur
Vüqar Məmmədovun həbs qətimkan tədbirinin uzadılmasına dair apellyasiya şikayəti təmin edilməyib
Cəmiyyət 13:34
Vüqar Məmmədovun həbs qətimkan tədbirinin uzadılmasına dair apellyasiya şikayəti təmin edilməyib
Bakıda bina yanıb, sakinlər təxliyyə edilib
Cəmiyyət 13:21
Bakıda bina yanıb, sakinlər təxliyyə edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Ombudsman azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib
Cəmiyyət 12:32
Ombudsman azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib
Sabah bir neçə rayonda qaz olmayacaq
Cəmiyyət 12:14
Sabah bir neçə rayonda qaz olmayacaq
Sabah Ruben Vardaryana hökm oxunacaq
Cəmiyyət 12:11
Sabah Ruben Vardaryana hökm oxunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol