• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

“Nar”ın əsas tərəfdaşlığı ilə “TEDx Sumgait” tədbiri uğurla başa çatdı

“Nar”ın əsas tərəfdaşlığı ilə “TEDx Sumgait” tədbiri uğurla başa çatdı
26.05.2025 16:21

Sərfəli xidmətləri ilə abunəçilərinə ən yaxın mobil operator olan “Nar”ın əsas tərəfdaşlığı ilə keçirilən “TEDxSumgait” tədbiri bu il də ilhamverici çıxışlar və maraqlı ideyalarla yadda qaldı. Təxminən 500-dən çox iştirakçının qatıldığı tədbirdə 8 spiker səhnəyə çıxaraq builki mövzu – “Təsadüf | Kəpənək effekti” barədə şəxsi təcrübə və baxışlarını bölüşdülər.


İki hissədən ibarət proqramda müxtəlif peşə sahələrini təmsil edən spiker çıxışları ilə yanaşı, musiqili fasilələr və interaktiv anlar da iştirakçılar tərəfindən maraqla qarşılandı. Qeyd edək ki, ilk dəfə 2019,  daha sonra 2023-cü ildə keçirilmiş “TEDxSumgait” artıq şəhər üçün ənənəvi və gözlənilən layihələrdən birinə çevrilib.


Tədbirin açılışında çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Nar olaraq gənclərin bilik və bacarıqlarının inkişafına, intellektual mühitin formalaşmasına hər zaman xüsusi önəm veririk. “TEDx” kimi platformalara dəstəyimiz də bu istiqamətdə atılmış ardıcıl və məqsədli addımlarımızdan biridir”.


“TEDxSumgait”ın əsas tərəfdaşı olan “Nar” cəmiyyətin müxtəlif təbəqələrinə xitab edən sosial təşəbbüslərə verdiyi dəstəklə tanınır. Bu tərəfdaşlığın məqsədi isə gəncləri və öyrənməyə həvəsli insanları bir araya gətirmək idi. “Nar”ın dəstəyi ilə gerçəkləşən sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Aeroport yolunda maşın yanıb
Cəmiyyət 20:54
Aeroport yolunda maşın yanıb
Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət 19:53
Bakının bu ərazisində qaz kəsiləcək
Bərdə sakini çayda boğulub
Cəmiyyət 19:10
Bərdə sakini çayda boğulub
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Cəmiyyət 17:40
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Cəmiyyət 17:36
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Cəmiyyət 17:29
Bakı-Qazax avtomobil yolunda təmir işlərinə görə hərəkət məhdudlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol