• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Yelo Bank-ın dəstəyi ilə növbəti "SHE Congress" uğurla başa çatdı

Yelo Bank-ın dəstəyi ilə növbəti "SHE Congress" uğurla başa çatdı
26.05.2025 16:42

Yelo Bank bu il də regionun qadın liderliyinə həsr olunmuş ən böyük tədbiri — "SHE Congress 2025"in əsas tərəfdaşı oldu. Konqres bu dəfə  “Beyond Now – Creating What Lives On” (Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq) mövzusu ilə qadınların şəxsi və peşəkar inkişafı üçün aktual mövzular ətrafında müzakirələrə ev sahibliyi etdi.

Fərqli sahələrdə uğurları ilə seçilən 500-dən çox yerli və xarici iştirakçının qatıldığı tədbirdə, qadın liderlərin qarşılaşdıqları çağırışlar, innovativ yanaşmalar və inklüzivliyin biznesə verdiyi töhfələr əsas diqqət mərkəzində oldu.

Yelo Bank-ı tədbirdə İdarə Heyəti sədr müavini Günay Cəlilova təmsil edib. O, öz açılış nitqində biznesdə qadın liderliyinin gücləndirilməsi, uğur üçün davamlı inkişafın vacibliyindən söz açıb. Günay xanım qeyd edib ki, biznesdə və karyerada ən vacib prinsiplərdən biri tək uğurla kifayətlənməmək, davamlı inkişaf və yeniliklərə açıq olmaqdır. Bundan başqa bilik və təcrübələrimizlə başqalarına mentorluq edərək, dəstək zənciri yarada bilərik ki, bu özü də davamlı inkişafın təzahürüdür.

Tədbir ilhamverici çıxışlar, uğur hekayələri və səmərəli şəbəkələşmə imkanları ilə yadda qalıb. Eyni zamanda Yelo Bank tərəfindən təşkil olunan püşkatma çərçivəsində bəzi iştirakçılar qabaqcıl bank məhsullarını hədiyyə qazanıb.

Yelo Bank Korporativ Sosial Məsuliyyət strategiyasının əsas sütunlarından biri kimi bərabərlik, müxtəliflik və inklüzivliyi dəstəkləyir. Bank inanır ki, qadınların gücləndirilməsi daha dayanıqlı cəmiyyət və daha güclü iqtisadiyyatın formalaşmasına aparan vacib addımdır. Bu səbəbdən Yelo Bank gələcəkdə də qadın liderliyini təşviq edən təşəbbüslərin yanında olacaq.

Yelo Bank kredit şərtləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 10:40
Azərbaycan nefti cüzi bahalaşıb
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
İqtisadiyyat 22:58
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
Yeni qaydadan sonra işçilər ayda 2 dəfə maaş ala biləcək
İqtisadiyyat 17:16
Yeni qaydadan sonra işçilər ayda 2 dəfə maaş ala biləcək
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
İqtisadiyyat 15:36
Əhalinin banklardakı əmanətlərinin həcmi artıb
11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb
İqtisadiyyat 15:35
11 ayda dəmir yolu ilə yük daşımaların həcmi artıb
Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
İqtisadiyyat 15:14
Gürcüstan Cənubi Qafqazda neytral dialoq platforması təklif edir
Azərbaycanda işsizlik göstəriricləri - hər iki nəfərdən biri qadındır
İqtisadiyyat 14:54
Azərbaycanda işsizlik göstəriricləri - hər iki nəfərdən biri qadındır
Adambaşına düşən aylıq ticarət xərcləri artıb
İqtisadiyyat 14:34
Adambaşına düşən aylıq ticarət xərcləri artıb
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
İqtisadiyyat 14:24
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol